Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bayden Ukraynaya 800 milyonluq əlavə hərbi yardım paketi hazırlayır

Tarix: 19-08-2022 16:29     Baxış: 3300 A- / A+


ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya təqribən 800 milyon dollar məbləğində əlavə hərbi yardım paketi hazırlayır. Bu barədə bu gün və ya gələn həftənin əvvəlində rəsmən açıqlama veriləcək.

"Reuters” xəbər agentliyi məsələ ilə tanış olan üç şəxsə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətləri bildiriblər ki, Bayden ABŞ ehtiyatlarından artıq olan silahların göndərilməsi üçün prezident səlahiyyətindən istifadə edərək yardıma icazə verir. Onlar qeyd ediblər ki, tədarükün həcmi komplektləşmə davam etdikcə dəyişə bilər.
Xatırladaq ki, avqustun əvvəlində Vaşinqton Kiyevə əlavə 4,5 milyard dollar maliyyə yardımı və 1 milyard dollarlıq hərbi dəstək paketi elan edib. Bununla da, Rusiyanın işğalından sonra ölkəyə ümumi büdcə dəstəyi 8,5 milyard dollara çatacaq.

Ukraynaya əvvəlki hərbi yardım paketinə HIMARS, NASAMS döyüş sursatı, artilleriya, minaatan, tank əleyhinə sistemlər, minalar və partlayıcı maddələr, tibbi zirehli maşınlar və səhra həkimləri üçün avadanlıqlar daxil edilib.qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar