Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Türkiyə Ukraynanın bərpasında iştirak edəcək - Memorandum imzalandı

Tarix: 18-08-2022 21:10     Baxış: 3333 A- / A+
Türkiyə Ukraynanın bərpasında iştirak edəcəkUkraynanın infrastruktur naziri Aleksandr Kubrakov və Türkiyənin ticarət naziri Mehmet Muş avqustun 18-də Lvovda infrastrukturun bərpasına dair anlaşma memorandumu imzalayıblar.
Manevr.az xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Türkiyəli tərəfdaşlara Rusiya tərəfindən dağıdılmış infrastrukturun bərpası ilə bağlı əməkdaşlıq etmək niyyətlərinə görə minnətdarıq. Buna Türkiyə biznesinin yolların və körpülərin tikintisində iştirakının böyük təcrübəsi kömək edir, xüsusən də bu, bizim meqalayihələrimizə - Zaporojye və Kremençuq körpülərinə aiddir. Biz türk biznesini etibarlı tərəfdaş kimi tanıyırıq, ona görə də tezliklə birgə bərpanın konkret praktiki nəticələrinə nail olacağımızı gözləyirik”, - deyə infrastruktur naziri Aleksandr Kubrakov bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda bərpa məsələləri üzrə birgə işçi qrupu yaradılacaq, türk sərmayəsinin cəlb edilməsi mexanizmləri işlənəcək, həmçinin əməkdaşlıq üçün konkret layihələr hazırlanacaq.
Nəzərdə tutulur ki, Türkiyənin biznes və dövlət strukturları konkret bərpa layihələri hazırlayacaq, həmçinin konsaltinq və texniki yardım göstərəcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar