Sizin Reklam Burada
Xəbər lenti
01-03-2025
28-02-2025
BÜTÜN XƏBƏRLƏR

Moskva ilə İrəvan arasında qalmaqal BÖYÜYÜR: "Ermənistanın denasifikasiyası qaçılmazdır”

Tarix: 18-08-2022 18:16     Baxış: 4274 A- / A+
sharethis sharing button
Moskva ilə İrəvan arasında qalmaqal böyüyür.
Manevr.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə İrəvanın “epress.am” saytı yazıb. Saytın məlumatına görə, Semyon Pegov teleqram kanalı elan edib:

“Erməni mediasında anti-Rusiya isteriyası dayanmır. Bizi şən günlər gözləyir, Ermənistanın denasifikasiyası qaçılmazdır”.
Xatırladaq ki, avqustun 14-də “Surmalu” ticarət mərkəzində partlayış baş verib. 16 nəfər ölüb, 60-dan çox adam yaralanıb.
Sosial şəbəkələrdə Rusiya Federasiyasının xüsusi xidmət orqanlarının partlayışda əli olması versiyası qızğın müzakirə olunur.
Rusiya səfirliyindən notanın verilməsi faktının özü də Moskvanın “Surmalu”dakı partlayışın “biabırçı” versiyalarına görə ciddi əsəbiləşdiyini göstərir.
İrəvan meriyası avqustun 24-də Ukraynada “xüsusi hərbi əməliyyat”a qarşı mitinq keçirməyə razılıq verib. Mitinq açıq-aşkar anti-Rusiya xarakteri daşıyır və həm də şəxsən Rusiya Prezidenti Vladimir Putinə qarşı yönəlib.
“Maraqlıdır ki, Nikol Paşinyan bu icazə ilə bu yaxınlarda Qarabağda sülhməramlı missiyanı yerinə yetirməməkdə günahlandırdığı müttəfiqlərinə və son üç gündə bütün tərəfdarlarına nə demək istəyir? Dövlət qurumları “Surmalu” bazarında baş verən yanğında Rusiyanı ittiham edir. Kimsə Nikol Paşinyana xatırlada bilərmi ki, Rusiya düşmən deyil, müttəfiqdir, yoxsa hamı hər şeydən razıdır?”, – deyə “Rusiya erməniləri” kanalı yazıb.
Moskvanın digər teleqram kanalları isə əlavə ediblər: “Həqiqətən, Moskvanın İrəvana müttəfiqin necə davranmalı olduğunu xatırlatmasının vaxtı çatıb? Bəlkə Kreml İrəvanın şıltaqlığına dözməyi dayandırıb, layiqli tədbirlər görəcək?”
Fikirlərin həddən artıq çox olması Moskvanın Paşinyandan ciddi şəkildə narazı olduğunu göstərir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar