Ukrayna müharibəsinin altıncı ayında Krım müharibənin yeni cəbhəsi kimi görünür. Ukrayna bir həftə ərzində ikinci dəfədir ki, işğal olunmuş Krımda Rusiyanın hərbi obyektinə hücum edib.
Manevr.az xəbər verir ki, Ukrayna prezidentinin müşaviri Mixail Podolyak bununla bağlı “The Guardian”a eksklüziv müsahibəsində danışıb. O, son açıqlaması ilə Ukraynanın yeni yol xəritəsini cızıb. Podolyak bildirib ki, Ukrayna işğal olunmuş ərazinin dərinliklərinə qədər uzanan işğalçıların təchizat xətlərinə zərbələr endirməklə əks-hücum əməliyyatına başlayıb.
O əlavə edib ki, yaxın iki-üç ay ərzində Krımda dəmiryol qovşağına və aviabazaya edilən müəmmalı hücumlar və ötən həftə yarımadanın Saki hava limanında Rusiya döyüş təyyarələrinə edilən hücuma bənzər hücumlar daha çox ola bilər.
“Bizim strategiyamız logistika, təchizat xətləri, sursat anbarları və digər hərbi infrastruktur obyektlərini məhv etməkdir. Bu, ruslara öz qüvvələrinin daxilində də xaos kimi qayıdacaq”, - deyə o söyləyib.
Ukraynalı müşavir ölkəsinin köhnə taktikalardan istifadə etmədiyini bildirib:
“Beləliklə, Rusiya hamıya öyrətdi ki, əks-hücum nəhəng yumruq kimi çoxlu insan qüvvəsi tələb edir və yalnız bir istiqamətdə gedəcək.
Ukraynanın əks-hücumları çox fərqli görünür. Biz ötən əsrin 60-70-ci illərinin taktikasını işlətmirik”.
Podolyak həmçinin Ukraynanın işğal altındakı yarımadanı Rusiya materikinə birləşdirən Krım körpüsünü qanuni hərbi hədəf hesab etdiyinə işarə edib:
“Bu, qeyri-qanuni tikili və Krımda Rusiya ordusunu təchiz etmək üçün əsas qapıdır. Belə obyektlər məhv edilməlidir”.
Qeyd edək ki, Rusiya Krımın Cankoy rayonundakı sursat anbarında dünən baş verən yanğının partlayışlara səbəb olduğunu bildirib.
Ukrayna bu son hücumlara görə məsuliyyəti üzərinə götürməyib.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar