Xəbər lenti
Mariupolda gizli səfərbərlik: İşğalçılar yeni hiyləyə əl atdılar
Rusiya-Ukrayna müharibəsi 6 aydır ki, davam edir. Bütün dünyanın gözü və qulağı bu bölgədən gələn xəbərlərdədir. Bölgədən isə hər gün yeni və heyrət doğuran xəbərlər gəlməkdə davam edir.
Manevr.az xəbər verir ki, müharibə zonasından daha maraqlı iddia gəlib. Belə ki, Mariupol Şəhər Şurası məlumat yayıb və Mariupol sakinlərini işğalçıların təkliflərinə əməl etməməyə çağırıb.Mariupol Şəhər Şurasının məlumatında bildirilir ki, rus işğalçıları Mariupolda növbəti səfərbərlik dalğasına başlayıblar, onlar “dövlət hərbiləşdirilmiş dağ-xilasetmə xidmət” adlandırılan qurumda işləməyi təklif edərək, kişiləri cəlb edirlər.
Bildirilir ki, insanlara guya sürücü kimi işləmək təklif olunur. Qeyd olunur ki, eyni zamanda Donetsk, Horlovka və Makiivka da həmin dəvət olunan şəxsləri yerləşdirilmə yerləri sırasındadır.
Şəhər Şurası əmin edir ki, reallıqda gizli səfərbərlik var: “İnsanlar xüsusilə Donetskdə edildiyi kimi toplanaraq, cəbhəyə göndərilir.
Beləliklə, ruslar Mariupolun dinc sakinlərindən öz mövqelərini qorumaq üçün yem kimi istifadə etmək istəyirlər", - deyə Mariupol Şəhər Şurasının məlumatında deyilir.
Bildirilir ki, Mariupol sakinləri rus işğalçılarının bu və ya digər təkliflərinə aldanmamağa və imkan daxilində şəhəri tərk etməməyə çağırılır.
Bundan əvvəl Ukraynanın “UNİAN” xəbər saytı yazır ki, işğalçılar Ukraynanın Müstəqillik Günündə Mariupolda məhbuslar üçün “məhkəmə” keçirmək istəyirlər. Bildirilir ki, bu yolla ruslar cəbhədə real qələbələrin olmadığı bir şəraitdə heç olmasa müəyyən “nailiyyətlər” nümayiş etdirmək istəyir./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar