Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyadan açıq hədə: "Bu, Estoniya dövlətçiliyinə təhlükədir"

Tarix: 16-08-2022 16:39     Baxış: 3217 A- / A+
Rusiyadan açıq hədə: "Bu, Estoniya dövlətçiliyinə təhlükədir"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Estoniya hakimiyyətini respublikanın dövlətçiliyinə birbaşa təhdiddə ittiham edib.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri bu barədə telegram-kanalında qeyd edib. O bildirib ki, bunu ölkənin xarici işlər naziri Urmas Reinsalunun sovet abidələrinin sökülməsinə qarşı çıxan əcnəbilərin yaşayış icazəsindən məhrum edilməsini təklif edən sözləri sübut edir.
“Bu, hökumət rəsmisinin birbaşa təhdididir. Təhdid təkcə söz azadlığına, plüralizmə, tarixi həqiqətə, insan hüquq və azadlıqlarına qarşı deyil. Bu, 40 ildir demokratik nümunələrlə qurulmuş Estoniya dövlətçiliyinə təhlükədir. Demokratiyanın fundamental prinsipləri anqlo-sakson metropoliyasının iradəsinin aparıcı qüvvələrindən olan eston siyasətçiləri tərəfindən sarsıdılıb”,- deyə Zaxarova qeyd edib.
Digər iki Baltikyanı ölkədə olduğu kimi Estoniyada da Rusiyanın Ukraynada hərbi xüsusi əməliyyatına başlaması ilə sovet mirasına qarşı mübarizə daha da güclənib. Hakimiyyət orqanlarının qərarı ilə SSRİ dövründən qalan bir sıra abidələr məhv olmaq təhlükəsi altına düşüb. Eyni zamanda, Estoniyanın bəzi şəhərlərində belə həmin addımların atılması etirazlara səbəb olub.
Bundan əvvəl bildirilmişdi ki, Estoniya hökuməti şəhər sakinlərinin narazılığına baxmayaraq "T-34" abidə tankını Narvadan Estoniya Müharibə Muzeyinə keçirmək qərarına gəlib.
Qeyd edək ki,Estoniya hökuməti İkinci Dünya müharibəsi zamanı həlak olmuş sovet əsgərlərinin xatirəsinə ucaldılan bütün abidələri ölkə ərazisindən götürmək qərarına gəlib. Bu barədə respublikanın Baş naziri Kaya Kallas mətbuat konfransı zamanı məlumat verib.
Vladimir Putin və Mariya Zaxarova 
Nazir respublikanın hakimiyyət orqanlarının bununla bağlı konkret qərarlar qəbul etdiyini qeyd edib: "Söhbət hərbi abidələrin altında qalan əsgərlərin qalıqlarının yenidən dəfn edilməsindən gedir. Biz bu məsələyə balanslı yanaşmaq istəyirik, xüsusən də abidənin yaxınlığında həqiqi məzarlar varsa",- deyə o əlavə edib./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar