Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Bu qarşıdurma nəticəsində 5 milyard insan aclıqdan öləcək"

Tarix: 16-08-2022 10:53     Baxış: 3217 A- / A+
"Bu qarşıdurma nəticəsində 5 milyard insan aclıqdan öləcək"

Dünya mediası yazır ki, Rusiya ilə Ukrayna arasında müharibə tezliklə bitməyəcək. Bildirilir ki, davam edən müharibədə iştirak edən ABŞ soyuq müharibə dövründən bu yana Rusiya ilə həm rəqabət, həm də böyük düşmənçilik yaşayır. Həmişə kinolarda gördüyümüz nüvə müharibəsi ehtimalı isə indi reallığa daha yaxın görünür.

“Bəs ən çox qorxduğumuz şey gerçəkləşərsə?” sualına cavab tapmaq üçün ekspertlər kifayət qədər təhlillər aparıblar. Təhlillərin nəticəsi isə olduqca bədbindir.
Manevr.az xəbər verir ki, Rusiya və Ukrayna arasında münaqişələr hələ də davam edərkən, Ukrayna Prezidenti Vladimir Zelenski son açıqlamasında diqqəti Zaporojye Atom Elektrik Stansiyasına çəkib.
Zelenski “Rusiya qüvvələri heç bir şərt olmadan Zaporojye Atom Elektrik Stansiyasının ərazisindən dərhal geri çəkilməlidir” deyərək, təbii ki, ilk növbədə Rusiya işğalına son qoyulmasının zəruriliyindən danışıb. Lakin bu sözlər bütün dünyanı ayaqda saxlayan başqa bir məsələ ilə də sıx bağlıdır. Belə ki, müharibənin davam etdiyi Ukrayna ərazisində birdən çox atom elektrik stansiyası var. Münaqişələr bu elektrik stansiyalarının yerləşdiyi bölgələrə doğru gedərkən dünyanın ürəyi ağzındadır. Çünki ağır bombardmana məruz qala bilən, işğal altında olan və sui-istifadə edilə bilən nüvə qurğuları fəlakətə səbəb ola bilər.
Xatırladaq ki, ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə nüvə bombası atmasından 77 il keçir və dünya hələ də bu dəhşətli həqiqətin ağrısını, qorxusunu unutmayıb.
Hazırda Soyuq Müharibə dövründən bəri saysız-hesabsız nəzəri və uydurma kitabların, serialların və filmlərin mövzusu olan ABŞ-Rusiya mümkün nüvə müharibəsinə heç vaxt olmadığı qədər yaxınıq.
“ABŞ və Rusiya arasında nüvə müharibəsi 5 milyard insanı aclıqdan öldürəcək”. Bu, bütün dünya mediasında, xüsusən də Britaniya mediasında rezonans doğuran xəbər başlığıdır. Son elmi araşdırmaların yer tapdığı bu xəbər bütün dünyaya yayılıb və hər kəsdə böyük qorxu yaradıb.
"Məlumatlar bizə bir şeyi deyir: biz nüvə müharibəsinin baş verməsinin qarşısını almalıyıq", - deyə elmi araşdırmanın müəllifi yazıb.
Bu araşdırmaya görə, ABŞ və Rusiya arasında nüvə müharibəsi baş verərsə, təxminən 5 milyard insan, yəni dünya əhalisinin dörddə üçü aclıqdan öləcək.
Tədqiqatçılar müəyyən ediblər ki, nüvə silahları günəş şüalarının Yerə çatmasına maneə törədəcək, odlu fırtınaları tətikləyərək, dünya miqyasında məhsuldarlığı azaldacaq.
Tədqiqatçılar beş müaqişə - kiçik Hindistan-Pakistan nüvə müharibəsi ilə yanaşı, hər bir ölkənin nüvə arsenalının ölçüsünə əsaslanaraq, ABŞ-Rusiya böyük münaqişəsi zamanı nə baş verəcəyini də nəzərdən keçiriblər.
ABŞ tədqiqatçıları müəyyən ediblər ki, ən kiçik nüvə ssenarisi beş il ərzində qlobal orta qida istehsalının 7 faiz azalmasına səbəb olacaq.
Onlar hesab edirdilər ki, əgər ABŞ və Rusiya arasında nüvə müharibəsi olarsa, hər hansı münaqişədən 3-4 il sonra ərzaq istehsalı 90 faiz azalacaq. Bu ssenariyə əsaslanaraq, iki il ərzində dünyanın 75 faizindən çoxunun aclıqdan öləcəyini bildirirlər.
Sonda onu da əlavə edək ki, Nyu Cersidəki Rutgers Universitetinin iqlim elmləri kafedrası bu qənaətə gəlib ki, “bu məlumatlar bizə bir şeyi deyir: Bizim əsas prioritetimiz nüvə müharibəsinin qarşısını almaq olmalıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar