Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Tank çatmır, pul da vermirlər” – rusiyalı hərbçinin səs yazısı

Tarix: 15-08-2022 21:44     Baxış: 4252 A- / A+
“Tank çatmır, pul da vermirlər” – rusiyalı hərbçinin səs yazısı

Rusiya mətbuatını oxuyanda belə təəssürat yarana bilər ki, Kreml qoşunları Ukraynada uğurlu əməliyyatları bir-birinin ardınca düzür. Ölkə rəhbəri Vladimir Putin son çıxışında da Donbassda addım-addım irəlilədiklərini bildirmişdi. Əslində isə Ukraynada işlər qaydasında deyil. Melitopoldakı rusiyalı hərbçilər ailələrini şəhərdən çıxarmağa başlayıb. Xerson tezliklə Ukrayna silahlı qüvvələrinin nəzarətinə keçə bilər. Burada hətta xeyli rusiyalı hərbçinin mühasirəyə düşdüyü qeyd olunur.

Manevr.az xəbər verir ki, Ukrayna xüsusi xidmət orqanları ortaya xeyli səs yazıları qoyur. Burada rusiyalı hərbçilərin yaxınları ilə telefon danışıqları yer alır. Onlar, adətən, Kreml ordusunun böyük itkilərindən, baxımsızlıqdan, necə soyğunçuluq etmələrindən danışırlar. Rusiyanın uğursuzluğu bu səs yazılarında tam çılpaqlığı ilə ortaya çıxır.
Növbəti səs yazısında da maraqlı məqamlar var. Rusiya ilə əlaqə saxlayan hərbçinin Xarkov vilayətində döyüşdüyü məlum olur. O, Yampolst alayında yer aldığını bildirir. Rusiyalı hərbçinin sözlərindən belə nəticəyə gəlmək olur ki, itkilər xeyli çoxdur.
“Tank çatmır. Bir-bir sıradan çıxırlar. 30 nəfərdən 11-i qalıb. Elə özümüzünkülər də başımıza oyun açır. Hərdən öz mərmimiz biz olan yerə düşür. Çeçenistandan sonra belə şey gözləmirdim. Müharibə deyil, hər şeyin sonu kimi bir şeydir. Bu ordu üçün bir daha döyüşmərəm”.
Rusiyalı hərbçi maliyyə məsələlərində də problem yarandığını bildirir. “Pul da vermirlər”, - yaxınına belə deyir. Onun sözlərinə görə, son iki ayda cəmi 80 min rubl (1000 dollardan bir az artıq) alıb. Halbuki azı 400 min rubl verməliydilər.
Başqa səs yazılarında rusiyalı hərbçilərin döyüş meydanına həvəssiz daxil olması diqqət çəkir. Onlar anlayır ki, ordu rəhbərliyi üçün itkinin elə bir fərqi yoxdur. Kreml məqsədinə çatmaq üçün istənilən sayda hərbçini qurban verməyə hazırdır. Ukrayna Müdafiə Nazirliyi azı 42 min rusiyalının öldürüldüyünü bildirir. Qərb mənbələri sayın çox ola biləcəyini də qeyd edir./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar