Xəbər lenti
“İvan, idi domoy!..” - Nankor erməni...
Əslində diqqətlə baxanda təəccüblü heç nə yoxdur. Çünki, ermənilərin aləmində hər kəs səhvdir və düz olan yalnız onların özləridir. Məqalədə qeyd olunur ki, ruslar Qarabağa onları qorumağa gəlməyiblər, əksinə bu onların Azərbaycan və Türkiyə ilə birlikdə oynadıqları oyunun bir hissəsidir.
Hətta məqalədə "Evinə qayıt İvan" deməklə ruslardan dərhal Qarabağı tərk edib getmələri tələb edilir. Bundan əlavə məqalə müəllifi bildirir ki, əgər Ermənistan indi Avropa və NATO-ya yönəlirsə rus sülhməramlıları onlar üçün ciddi təhdiddir.
Yazıdan da göründüyü kimi artıq Ermənistanda Rusiya və ruslara qarşı nifrət kütləvi bir etiraz axınına çevrilməkdədir. Bir zamanlar öz çörəyini onlarla paylaşan Azərbaycana qarşı ermənilər nankorluq edib necə cinayətlər törətdilərsə, indi də bunu ruslara qarşı etməyə hazırlaşırlar. Buna görə də müəyyən fasilərlə ruslara qarşı keçirilən aksiya və mitinqlərin bu ölkədə genişlənəcəyi gözlənilir.
Çünki, aldıqları ağır məğlubiyyətdən sonra erməni cəmiyyətində nəinki ruslara inam qalmayıb, hətta onlara qarşı yaranan narazılıq artıq düşmənçilik mərhələsinə keçir.
Əslində bununla ermənilər bütün dünyaya bir daha sübut edirlər ki, onlar üçün kimin hansı fədakarlığı etməsindən asılı olmayaraq digər xalqlara qarşı nifrət, düşmənçilik ruhunun yaranması bir an məsələsidir. Buna görə də Ermənistanı müdafiə etməzdən öncə hər bir ölkə onların necə nankor olduqlarını nəzərə almalıdır./yenisabah.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar