Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Fransaya BÖYÜK ŞOK: Trampın evindən Makronla bağlı dosye tapıldı

Tarix: 14-08-2022 13:25     Baxış: 3241 A- / A+

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Florida ştatında yerləşən Mar-a-Lagodakı evində aparılan axtarış orderinin məxfiliyi ləğv edilib. İctimaiyyətlə paylaşılan sənədə görə, agentlər reyd zamanı 20 qutu material ələ keçirib və qutularda 11 dəst məxfi sənədin olduğu açıqlanıb.
Manevr.az xəbər verir ki, dörd sənəd dəstinin “tam məxfi”, digərlərinin isə “məxfi” kimi qeyd olunması nəticəsində Trampı casusluq ittihamı ilə üzləşib. Keçmiş prezidentin vəkilləri isə Floridadakı mülkdə ələ keçirilən sənədlərin gizliliyini inkar edirlər.
Amerikanın “Washington Post” qəzeti daha əvvəl evdə nüvə silahları ilə bağlı faylların axtarıldığını yazsa da, bu barədə rəsmi açıqlama verilməyib.
Tapılan sənədlərin içərisində ən diqqət çəkən element Fransa prezidenti ilə bağlı dosye olub. Tramp Fransa lideri Emmanuel Makronla bağlı faylı özü ilə Floridaya aparıb.
Xatırladaq ki, Tramp prezidentliyi dövründə Makronla kommersiya məsələlərində razılığa gələ bilmirdi.
Paris hökumətinin Amerikanın nəhəng texnologiya şirkətlərinə əlavə vergilər tətbiq etməsindən qəzəblənən Tramp “amerikalılar fransızlardan daha yaxşı şərab istehsal edir” deyərək Makronu fransız şərabına əlavə vergilər tətbiq etməklə hədələmişdi.
ABŞ-ın təyyarə istehsalçısı Boeing ilə Avropanın Airbus şirkəti arasındakı rəqabət də o zaman Vaşinqton-Paris münasibətlərinu gərginləşdirirdi./Musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar