Xəbər lenti
Ukrayna taxılı ilə yüklənmiş ilk gəmi İtaliyaya ÇATDI
Ukrayna məhsulları olan ilk gəmi taxıl və məhsulların təhlükəsiz daşınmasına dair saziş çərçivəsində İtaliyanın Ravenna limanına gəlib.
Bu barədə İtaliya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Biz böyük məmnuniyyətlə Ukraynadan qarğıdalı və soya ilə ilk gəminin Ravennaya gəldiyini elan edirik", - nazirlik qeyd edib.
Eyni zamanda vurğulanıb ki, İtaliya bütün dünyada və xüsusilə Aralıq dənizi regionunda ərzaq təhlükəsizliyinə, həmçinin taxıl ixracına dair sazişin həyata keçirilməsinə və Ukraynanın sabitliyinin dəstəklənməsinə bundan sonra da töhfə verəcək.
Ümumiyyətlə, kənd təsərrüfatı məhsullarının təhlükəsiz daşınması təşəbbüsünün həyata keçirilməsi zamanı artıq 16 gəmi Ukrayna limanlarını tərk edərək, 450 min ton kənd təsərrüfatı məhsulu daşıyıb.
İyulun 22-də İstanbulda BMT-nin təklifi ilə Ukrayna, Türkiyə və BMT-nin baş katibi Antonio Quterreş Odessa, Çornomorsk və Pivdennı limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınmasına dair anlaşma memorandumu imzalayıblar.ölkə.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar