Xəbər lenti
Rus helikopteri çəkdi – PKK ilə gizli işbirliyi ifşa edildi - Şəkil

Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, Suriya Neft Nazirliyi ABŞ və YPG/PKK-nın ölkə neftinin 83 faizinin qaçaqmalçılıq yolu ilə oğurladığını açıqlayıb.
Nazirlikdən verilən açıqlamada 2022-ci ilə qədər ölkədə gündəlik 80.3 min barel neft hasil edildiyi, ABŞ və YPG/PKK terror təşkilatının isə hər gün 66 min barel neft qaçaqmalçılığı həyata keçirdiyi bildirilib.
“ABŞ-ın işğalçı qüvvələri və muzdluları şərq bölgəsində işğal olunmuş ərazilərdən gündə 66 min barel oğurlayır”, - məlumatda bildirilir.
Bu həcmin Suriya neftinin 83 faizini təşkil etdiyi deyilib. Nazirliyin məlumatına görə, Suriyanın neft sektoru müharibə başlayandan bəri ABŞ-ın oğurluğu səbəbindən 105 milyard dollar zərər çəkib.
Raqqada Rusiya helikopteri ilə çəkildiyi iddia edilən görüntülərdə ABŞ ordusunun YPG/PKK ilə əməkdaşlıq edərək yüzlərlə maşınla İraqa neft keçirdiyi görülüb. Məlumata görə, ABŞ Suriyanın şimal-şərqində qarət etdiyi nefti Əl-Valid sərhəd qapısı vasitəsilə İraqdakı hərbi bazalarına ötürür.
Həsəkə şəhərindəki yerli mənbələr avqustun 6-da ABŞ ordusunun oğurlanmış onlarla neft tankerini Suriyadan qaçaqmalçılıq yolu ilə çıxardığını, həmin həftə ikinci neft daşınmasının həyata keçirildiyini bildirirlər.
Rusiya Prezidenti Vladimir Putin iyulun 19-da ABŞ hökumətini Suriyanın təbii ehtiyatlarının davamlı talanını dayandırmağa çağırıb.

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər
.jpg)


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar