Xəbər lenti
Rusiya necə parçalanacaq: Əvvəl Azərbaycanla sərhəd bölgə müstəqil olacaq
Rusiyanın gələcəyi xeyli qaranlıq görünür. Ukraynaya hücum istər-istəməz imperiyanın taleyinə təsir göstərəcək. Ekspertlər Rusiyanın dağılacağını proqnozlaşdırır. Federal dövlətin hissələrə ayrılması ehtimalı çox böyükdür. Dünyada daha bunu konspirologiya predmeti saymırlar.
Manevr.az xəbər verir ki, Rusiya Dumasının keçmiş deputatı İlya Ponomaryov da Rusiyanın dağılacağına çox inanır. O, son müsahibəsində bundan danışıb. Analitik Rusiyanın müharibədən “sağ” çıxmayacağına əmindir. Moskva böyük zərbə alacaq. İndidən bunu rahat demək olar. Ponomaryov inanır ki, Rusiya parçalara ayrılacaq. Keçmiş deputat konkret ərazi adı da çəkir. O, parçalanmanın Şimali Qafqazdan başlayacağını deyir.“Tatarıstanda ciddi separatçılıq ovqatı var. Problem ondadır ki, respublika Rusiyanın başqa əraziləri ilə əhatələnib. Rusiya tam süqut edəndən sonra Tatarıstan müstəqil ola bilər”.
Ponomaryovun fikrincə, Şimali Qafqaz respublikaları istəyinə daha tez çatacaq. Politoloq Dağıstanın şansını yüksək qiymətləndirir. Çünki bu respublika başqa dövlətlə həmsərhəddir. Söhbət Azərbaycandan gedir. Ponomaryov belə ərazilərin şansının çox olduğunu bildirir. Çeçenistanda da bənzər vəziyyətdir. Respublika Rusiya Federasiyasının kənarlarında yerləşir. Ponomaryov bunu vacib amil sayır.
“Putinizmin süqutundan sonra Rusiya vahid ərazi kimi qalacaq. Amma dövlət kimi mövcudluğunu dayandıracaq. Biz tanıdığımız Rusiya Federasiyası daha olmayacaq”.
Ponomaryovun fikirləri çox maraqlıdır. Onun Dağıstanı fərqləndirməsi bizim coğrafiyanın necə əhəmiyyətli olmasını göstərir. Düzdür, bu respublikada müstəqillik sədaları çox ucadan səslənmir. Məsələn, Sibirdə, Kareliyada bu barədə çox danışırlar. Hətta Sibir Respublikasının daha tez müstəqil olacağı proqnozlaşdırılırdı. Kareliya isə Finlandiyadan heç cür qopa bilmir. Tarixi köklər istənilən halda özünü göstərir.
Hər şey Ponomaryovun dediyi kimi olsa, Azərbaycan yeni tarixi mərhələyə qədəm qoya bilər. Rusiya ilə qonşuluq sona çatar. Təsəvvür edin, necə bir eranın başlanma ehtimalından söhbət gedir. Adama yuxu kimi gəlir.../bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar