Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Putinə "Krım şoku" yaşadan hücumun peyk görüntüsü açıqlanıb - Şəkil/Video

Tarix: 11-08-2022 13:29     Baxış: 3392 A- / A+
Putinə "Krım şoku" yaşadan hücumun peyk görüntüsü açıqlanıb - Foto, Video

Rusiya prezidenti Putinin göstərişi ilə başlayan müharibə artıq 6 aydır ki, davam edir. İki ordu arasında qanlı toqquşmalar davam edərkən, Krımdan gələn xəbər Rusiyanı şoka salıb. Rusiyanı silkələyən hücumun təfərrüatları məlum olub. “New York Times” isə Moskvanın itkilərini araşdırıb.

Manevr.az xəbər verir ki, “New York Times” qəzetindəki xəbərə görə, Saki Hava Bazasına edilən hücum Kremlin elan etdiyindən daha çox itkiyə səbəb olub. Belə ki, ABŞ mətbuatında yer alan xəbərlərə görə, əksini iddia etsələr belə, Kreml hücumda 9 döyüş təyyarəsini itirib.
Hətta peyk fotoşəkilləri də Rusiyanın Krımdakı Saki aviabazasının partlayışlar nəticəsində ciddi ziyan gördüyünü aydın göstərir. ABŞ-da yerləşən Planet Labs şirkəti tərəfindən çəkilmiş fotoşəkillər bazada ən azı səkkiz təyyarənin məhv edildiyini və ya zədələndiyini göstərir.
Şəkillərdən də görünür ki, zirvədəki partlayışlardan sonra kraterlər əmələ gəlib və böyük bir ərazi yanıb.
Qeyd edək ki, Ukrayna Hərbi Hava Qüvvələri bazadakı bir çox təyyarənin məhv edildiyini açıqlasa da, Kiyev administrasiyası insidentə görə məsuliyyəti üzərinə götürməyib.
Rusiya Müdafiə Nazirliyi isə bazadakı sursat anbarında partlayışların baş verdiyini, heç bir təyyarənin zədələnmədiyini, Ukrayna tərəfindən bazaya hər hansı hücumun olmadığını açıqlayıb.
Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Myxail Podolyak da onların partlayışlarla heç bir əlaqəsinin olmadığını bildirib.
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov isə bildirib: “Məncə, bazadakı Rusiya əsgərləri çox sadə bir qaydaya əməl etməyiblər. Bu, "təhlükəli yerlərdə siqaret çəkməyin" qaydasıdır”.
Digər tərəfdən, hücumdan qısa müddət sonra Krımda müharibənin başladığını vurğulayan Zelenski, "müharibə Krımın azad edilməsi ilə bitməlidir",- deyə sərt açıqlama verib.
Zelenski, “Krım Ukraynaya məxsusdur. Biz heç vaxt Krımdan əl çəkməyəcəyik. Rusiyanın Ukraynaya qarşı müharibəsinin Krımın işğalı ilə başladığını unutmayacağıq”,- deyə çıxışına əlavə edib.
Ukraynanın Krımda Rusiya bazasına hücumuUkraynanın Krımda Rusiya bazasına hücumundan sonra peyk görüntüsü
Zelenski bununla sanki, Krımda baş verənlərin Ukraynanın hücumu olduğuna da eyham vurub. Amma Putini “ağılsız” addımlara təhrik etməmək üçün Ukrayna Krıma zərbə endirdiyini rəsmən etiraf etmir. Hadisədən sonra yayımlanan videogörüntülərdə də bunun raket hücumu olduğu görünür. Çünki partlayışlar ardıcıl olaraq çüxtəlif nöqtələrdə baş verir./bizimyol.info

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar