Qazaxıstan xüsusi xidmət orqanları prezident Kasım-Jomart Tokayevə sui-qəsd planlaşdıran xarici kəşfiyyat agentini həbs edib.
“Milli Təhlükəsizlik Komitəsi Qazaxıstan prezidentinə sui-qəsdi hazırlayan şəxsin adını açıqlayıb. Keçmiş jurnalist Ayan Atiqayev olduğu üzə çıxıb. O, xarici agent olub”, - məlumatda deyilir.
Qeyd olunur ki, Ayan Atiqayev barəsində Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 24-cü maddəsinin 1-ci hissəsində və 255-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş cinayətlər üzrə Cinayət Axtarış İdarəsi tərəfindən cinayət işi başlanıb.
Birinci maddə əmlakı müsadirə olunmaqla 15 ildən 20 ilədək azadlıqdan məhrum etmə, Qazaxıstan Respublikasının vətəndaşlığından məhrumetmə və ya ömürlük həbs cəzasını nəzərdə tutur.
Qeyd edək ki, bu il martın 25-də Nur-Sultan şəhərində Müdafiə Nazirliyinin əks-kəşfiyyatı Qazaxıstan prezidentinə sui-qəsd təşkil etməyi planlaşdıran xarici kəşfiyyat agentini saxlayıb. O, qazaxıstan vətəndaşına və bir sıra yüksək vəzifəli dövlət məmurlarına, xüsusi və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı terror fəaliyyəti həyata keçirməyi də planlaşdırıb.
Ayan Atiqayevin üzərindən xaricdə istehsal olunan snayper tüfəngi, səsboğucu, narkotik vasitə və külli miqdarda pul aşkar edilib. Bundan əlavə, o, sosial şəbəkələrdə müvafiq materialları dərc etməklə Qazaxıstanda anti-Rusiya təbliğatının aparılması və cəmiyyətdə rusofob baxışların formalaşdırılması vəzifələrini işləyib hazırlayıb. İlkin araşdırma zamanı Qazaxıstan vətəndaşı yuxarıdakı hərəkətləri göstəriş əsasında xarici ölkənin maraqları naminə törətdiyini etiraf edib./publika.az