Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Putin məğlub olub, ona görə də öz həyatı üçün çox narahatdır”

Tarix: 08-08-2022 16:44     Baxış: 3291 A- / A+
“Putin məğlub olub, ona görə də öz həyatı üçün çox narahatdır”

Sanksiyalar ağır nəticələrini bariz göstərəndə, Ukrayna cəbhəsində işlər lap pisləşəndə Kreml nüvə silahından danışmağa başlayır. Rusiya rəhbərliyi dünyanı dəhşətli silaha əl ata biləcəyi ilə hədələyir. ABŞ-da yaşayan rusiyalı politoloq Andrey Piontkovski danışılanları qeyri-ciddi sayır. Onun fikrincə, Kreml heç bir halda nüvə silahından istifadə etməz.

Manevr.az xəbər verir ki, rusiyalı politoloq nüvə silahı ilə şantajın Vladimir Putinin köhnə metodu olduğunu deyir. Piontkovski dövlət başçısının azı 15 ildir bu ritorika ilə danışdığını bildirir.
“Bu şantaja görə Ukrayna və Gürcüstanı 2008-ci ildə NATO-ya qəbul etmədilər. Hələ də mane olurlar. Bu şantaja görə Gürcüstana qarşı aqressiyaya, Krımın ilhaqına reaksiya çox zəif oldu. Çünki Qərbdə daim deyirdilər: “Gəlin, Putini qıcıqlandırmayaq, birdən nüvə silahına əl atar”. Gördüyünüz kimi, şantaj əla işləyir”.
Ekspert Putinin nüvə silahından istifadə etməyəcəyi ilə bağlı üç səbəbi göstərib. Birincisi, Rusiya rəhbəri hər addımdan sonra müəyyən siyasi nəticə gəzləyir. Nüvə silahı bu nəticəni verə bilməz.
“Tutaq ki, sabah bu cinayətə əl atdı, nüvə silahından istifadə olundu. Hər hansı Ukrayna şəhəri məhv edildi. Hansı siyasi məqsədinə nail olacaq? Müharibə bitəcək? Ukraynalılar müqaviməti dayandıracaq? Qərb təslim olacaq, köməyi saxlayacaq? Xeyr”.
Piontkovski deyir ki, Putin öz həyatı üçün çox qorxur. Politoloq Kreml rəhbərinin strateji baxımdan müharibəni uduzduğuna əmindir. “Son həftələr baş verənlər Putinin öz həyatı üçün necə narahat olduğunu göstərir. Məğlub diktator heç vaxt hakimiyyətini qoruya bilmir. Hakimiyyətlə birlikdə həyatını da. Putin buna görə də barışıq yoluyla qələbə təsəvvürü yaratmağa çalışır”.
Piontkovski üçüncü səbəb kimi nüvə silahının bir nəfərdən asılı olmamasını göstərir. Həmin an azı 10 nəfər cəsarət nümunəsi ortaya qoymalıdır.
“Nüvə silahı tək bir düymədən ibarət deyil. Onlarla adam taktiki həmləni həyata keçirməlidir. Onlardan bir nəfər özündə cəsarət tapmasa, alınmır”./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar