Xəbər lenti
"Döyüşdə problem yaşayan kimi nüvə silahı ilə hədələyir"
Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəsi uzana bilər.
Əgər Rusiya işğalçıları nüvə silahından istifadə edərsə, o zaman buna hər hansı bir şəkildə cavab verəcək BMT olmayacaq.Manevr.az xəbər verir ki, bu fikirləri Tokioda keçirilən mətbuat konfransında təşkilatın baş katibi Antonio Quterreş səsləndirib. Quttereş baş verənləri müharibə adlandırsa da, Rusiyanın adını çəkməyib.
O vurğulayıb ki, nüvə müharibəsi bütün planeti məhv edəcək. Quttereş nüvə bombasına malik olan ölkələri nüvə silahına malik olmayan ölkələri təhdid etməyəcəyinə, heç vaxt nüvə silahından istifadə etməyəcəyinə and içməyə çağırıb.
“Əgər nüvə silahı olmasaydı, Ukraynada müharibə daha az təhlükəli olardı”,- deyə o qeyd edib.
BMT baş katibinin sözlərinə görə, nüvə qarşıdurması riski soyuq müharibədən bir neçə onillik sonra yenidən gündəmə gəlib.
Quttereş bildirib ki, hətta nüvə silahından istifadəyə dair eyhamlar da qəbuledilməzdir.
Rusiyanın Avropanın ən böyük Zaporojye atom-elektrik stansiyasını atəşə tutmasını isə Quterreş “intihar” adlandırıb.
BMT baş katibinin sözlərinə görə, Rusiya ilə Ukrayna arasında danışıqlarda problem ondan ibarətdir ki, indi onları barışdırmaq mümkün deyil.
Xatırladaq ki, bu il Xirosima Bəyannaməsi Ukraynaya dəstək ifadəsi ilə başlayıb. Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya nüvə dövləti kimi Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin hər üç əsas prinsipini kobud şəkildə pozub. Rəsmi Kiyev isə hesab edir ki, Rusiya Federasiyası döyüş meydanında problem yaşamağa başlayan kimi nüvə silahı ilə hədələməyə başlayır./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar