Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qarabağda separatçılıq etmiş ermənipərəst jurnalist casusluğuna görə Kosovadan qovulub

Tarix: 08-08-2022 08:10     Baxış: 3308 A- / A+
 Kosovanın Daxili İşlər Nazirliyi casusluq ittihamı ilə saxlanılan rusiyalı jurnalist Daria Aslamovanı ölkədən qovub.

Bu  barədə daxili işlər naziri Celal Şveçliya feysbuk hesabında yazıb.

"Daxili işlər naziri kimi, qanuni səlahiyyətlərim çərçivəsində Darya Aslamovanı Kosova Respublikasında arzuolunmaz şəxs elan etmişəm. Onun Kosova ərazisinə girişi 5 il müddətinə qadağandır.

Müəyyən məqsədlər və ya direktivlər üçün ölkəmizdə pozuculuğa çalışan və ya sabitliyi pozmağa cəhd edən hər kəs, şübhəsiz ki, Kosovo Respublikasının qanunlarının qüvvəsi ilə üzləşəcək”, - nazir vurğulayıb.

Qeyd edək ki, Aslamova iki gün əvvəl casusluq etdiyi üçün saxlanılıb. O, Rusiyanın “Komsomolskaya Pravda” qəzetində çalışır.

Kosova tərəfi bildirib ki, Aslamova Rusiya kəşfiyyatına işləyir. Jurnalist Serbiya ilə münaqişənin kəskinləşməsindən bir həftə sonra Kosovaya daxil olmağa cəhd edib.

Xatırladaq ki, D.Aslamova ikinci Qarabağ müharibəsi zamanı təcavüzkar Ermənistana açıq dəstək verib. O, döyüşlər zamanı erməni hərbçilərin Azərbaycan ərazisini tərk etmədiklərini sübuta yetirmək üçün işğal altında olan ərazilərə səfər edib, reportajlar hazırlayıb. D.Aslamova jurnalist bitərəfliyini pozaraq ermənilərə dəstək məqsədilə onlarla xatirə fotoları da çəkdirib. O, müharibənin sonuna yaxın Qarabağdan qaçıb. report

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar