Xəbər lenti
S-400-lər Suriyanı ABŞ-dan niyə qorumadı?
ABŞ-ın Suriyadakı Şayrat hərbi bazasına endirdiyi zərbələrə Rusiya S-400 və S-300 raketləri ilə müdaxilə edə bilməyib.
Axar.az xəbər verir ki, “Yeni Şəfəq” qəzetinin məqaləsində rəsmi Moskvanın yalnız sərt reaksiya göstərməklə cavab verildiyi bildirilib.
Məqalədə vurğulanır ki, ABŞ-ın Şayrata hücumundan sonra Rusiya Lazkiyə şəhərində yerləşən Hmeymim hərbi bazasında mövqeyini daha da gücləndirib. Rusiya bölgəyə 2 min hərbçi, 32 hərbi təyyarə, 16 helikopter, 9 tank və 2 qurudan atılan raket əleyhinə müdafiə sistemi yerləşdirib.
Rusiya mediasına görə, ABŞ-ın əməliyyatda istifadə etdiyi "Tomahavak" raketləri S-400 hava hücumundan müdafiə kompleksinin imkanlarını üstələyir. Bu səbəbdən Rusiya S-400-lərdən istifadə etməyib. ABŞ-ın əlində olan bu raketlərə qarşı Rusiyanın əlindəki hava müdafiə sistemlərinin səmərəliliyi təxminən 25 kilometrlik bir radiusla məhdudlaşır. Şayrat hərbi bazası isə Rusiyanın S-400 raketlərindən 200 kilometr aralıda olub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar