Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Mən belə bir şeyi qəbul etməmişəm, Rusiya tərəfi də...” - Ərdoğan

Tarix: 07-08-2022 08:17     Baxış: 3265 A- / A+
Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyanın “Rosatom” şirkətinin olduğu Türkiyənin “IC İçtaş” şirkətində fəaliyyətini dayandırması ilə bağlı məsələyə aydınlıq gətirib.

Ərdoğan Rusiyanın Soçi şəhərindən səfərdən qayıtdıqdan sonra jurnalistlərin suallarını cavablandırb.

“Təbii ki, belə bir mövzunu müzakirə etməmək mümkün deyil. “Akkuyu” Atom Elektrik Stansiyasının ölkəmizin enerji strategiyasında xüsusi əhəmiyyəti var. “Akkuyu”nun ilk reaktorunu 2023-cü ildə işə salmaq məqsədimiz davam edir. Bu məsələləri Rusiya tərəfi ilə danışıqlarımızda bir daha müzakirə etdik.

Hazırda 25 min adam işsizdir. “Bura bağlandı” kimi ifadələr deyilir. Mən belə bir şeyi qəbul etməmişəm, Rusiya tərəfi də qəbul etmir. Onlar işləyirlər, gələn həftə Mersin Taşucuda “Abdülhamit Han” qazma gəmimizə baxmağa gedəndə həmin gün “Akkuyu”ya da gedəcəyəm. Nümayəndə heyətimlə birlikdə “Akkuyu”dakı işləri şəxsən izləyəcəm. Bundan sonra oradakı vəziyyətlə bağlı cənab Putinlə danışacağam. Ona görə deyirəm ki, yol xəritəmizi müəyyən etməliyik. Onlar da prosesi birdəfəlik dayandırmaq kimi bir şeyi qəbul etmirlər” – deyə, Ərdoğan bildirib.

Ərodoğan Türkiyə ilə Rusiya arasında yeni təbii qaz müqaviləsinin olub-olmayacağı ilə bağlı sualı da cavablandırıb: “Hazırda Türkiyə olaraq qapımız hər kəsə açıqdır. Ölkəmizə investisiya qoymaq istəyən hər kəsə hər cür dəstəyi verəcəyik. Çünki Türkiyə dünyada sərbəst bazar iqtisadiyyatının ən vacib açıq qapısıdır.

Təbii ki, Soçi səfərinin bir yaxşı cəhəti də o oldu ki, cənab Putinlə rublla bağlı razılığa gəldik. Bu mübadilələri rublla edəcəyimiz üçün təbii ki, maliyyə nöqtəsində ayrı bir güc mənbəyi olaraq Türkiyə ilə Rusiyaya gəlir gətirəcək.

Rusiyanın “Mir” kartı da var. Hazırda beş bankımız bununla bağlı işləri davam etdirir. Burada da ciddi irəliləyişlər var. Bu da təbii ki, Rusiyadan gələn turistləri çox rahat edən bir prosesdir. Onlarla alış-veriş və otel ödənişlərini edə bilərlər. Bu səfər zamanı Rusiya Mərkəzi Bankının prezidenti ilə Türkiyənin Mərkəzi Bankının prezidenti də görüşlər keçirdilər”. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar