Xəbər lenti
Ukraynalı məhbusun cinsi orqanını kəsib öldürən hərbçinin kimliyi məlum oldu
“Insider” və “Bellingcat” araşdırmalar mərkəzləri ukraynalı məhbusun cinsi orqanının kəsilib öldürüldüyü videoda hadisəni törədən rusiyalı hərbçinin kimliyini müəyyən edib. Həmçinin qətlin harada törədildiyi də aşkarlanıb.
Bu hərbçinin “Axmat” çeçen batalyonunun tuvalı döyüşçüsü olduğu üzə çıxıb. O, jurnalistlərlə söhbətində bu qənaətin doğru olduğunu dolayı da olsa təsdiqləyib.
İyulun sonunda “Telegram” kanallarında hərbi əsirlərə işgəncə verilməsini əks etdirən videolar yayılıb. İki videoda Rusiya ordusunun hərbi geyimində olan əsgərlər əvvəlcə əsirin cinsi orqanını bıçaqla kəsirlər, sonra isə başından güllə ilə öldürürlər. Bu videonun əsas “qəhrəmanı” kovboy şlyapalı hərbçidir. Jurnalistlər onu digər videolarda, həmçinin “Azot” zavodundan olan görüntüdə tapıblar.
Müstəntiqlər üz tanıma xidmətlərindən istifadə etməklə onun kimliyini müəyyən ediblər. Məlum olub ki, adı Oçur-Suqe Monquş olan hərbçi Tuvadandır. Fotoya əsasən, Monquş əvvəllər Fövqəladə Hallar Nazirliyində işləyib.
“The Insider” ilə söhbətində Monquş bildirib ki, heç kimə işgəncə verməyib, sadəcə rusiyalı jurnalistləri müşayiət edib. Həmin video isə montajdır. Eyni zamanda Monquş jurnalistlərin tapdığı “Azot” zavodundan videonun həqiqətən də ona aid olduğunu təsdiqləyib. İşgəncədə iştirakını inkar edən Monquş qarışıq ifadələr verib. O, əsirlə bağlı videoda arxa planda olan maşını heç vaxt görmədiyini deyib. Ancaq “Azot” zavodunun görüntülərində də eyni avtomobil var. musavat.com

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar