Xəbər lenti
Astronomlar ən yüksəyə çıxırlar - Saatda 50-100 “ulduz” düşəcək

Astronomların ilin ən mühüm hadisələrindən biri kimi göstərdikləri “Perseid” – meteorit yağışı avqustun 11-dən 12-nə keçən gecə pik həddinə çatacaq.
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, saatda 100-ə yaxın meteoritin görülməsi gözlənilən gecədə göy cisimləri saniyədə təxminən 66 kilometr sürətlə dünyaya daxil olacaqlar.
Türkiyənin TÜBİTAK Milli Rəsədxanasının (TUG) hazırladığı “2022-ci il Göy hadisələri” hesabatına görə, bəziləri minlərlə il əvvələ aid olan kometaların keçidindən qalan qalıqlardan əmələ gələn və xalq arasında “ulduz düşməsi” adlandırılan meteorit yağışları ildə 8 dəfə baş verir. Bunlar “Quadrantid” (“Kvadrantid”), “Lyrid” (“Lirida”), “Eta Aquarid” (“Eta-Akvarid”), “Delta Aquarid” (Delta-Akvarid), “Perseid”, “Orionid”, “Leonid” və “Geminid” adlanır.
Meteoritlərin sürtünmə nəticəsində yanması, son dərəcə yüksək sürətlə Yerin atmosferinə girərkən əmələ gələn yağışların ən diqqətçəkəni avqustun 11-dən 12-nə keçən gecə yaşanacaq.
Avqustun 14-də başlayan və sentyabrın 1-dək davam edəcək “Perseid” - meteorit yağışı yüksək dağlıq ərazilərdə daha asan müşahidə olunacaq.
TUG-un hesabatı professor Faruk Soyduğan və Tuncay Özışık tərəfindən hazırlanıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar