Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

İnsanlıq tarixinin ən dəhşətli faciəsindən 77 il keçir - ŞƏKİL

Tarix: 06-08-2022 12:56     Baxış: 4313 A- / A+

Xerosima və Naqasakinin atom bombardmanı – bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu ilk və yeganə nümunədir. Dünyada ilk dəfə atom bombasının atıldığı Yaponiyanın Xerosima şəhərində baş verən faciənin üzərindən 77 il keçir.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, İkinci dünya müharibəsinin sonlarında Sakit okean cəbhəsində aparılan hərbi əməliyyatlar çərçivəsində ABŞ Silahlı Qüvvələri tərəfindən Yaponiyanın kapitulyasiyasını sürətləndirmək məqsədilə həyata keçirilib. Atom bombası böyük partlayışlara və onminlərlə insanın ölümünə səbəb olub.
1945-ci il 6 avqust tarixində ekipaj rəhbəri polkovnik Pol Tibbetsin anasının şərəfinə adlanan “Enola Gay” B-29 bombardman təyyarəsi “Balaca oğlan” adlı atom bombasını Yaponiyanın Xerosima şəhərinə atıb.
“Balaca oğlan” bombası 13-18 kiloton trotilə bərabər idi. 9 avqust 1945-ci il tarixində 21 kiloton trotilə ekvivalent olan “Gonbul” adlanan atom bombası “Bockscar” B-29 bombardman təyyarəsi tərəfindən Naqasaki şəhərinə atılıb.
Təyyarənin komandiri pilot Çarlz Suini idi. Xerosimada 90-166 min, Naqasakidə isə 60-80 min arası insanın həlak olduğu bildirilib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar