Xəbər lenti
“Koronavirusu ABŞ yayıb...” – Rusiyadan səs-küylü açıqlama
Rusiyanın COVİD-19-la bağlı son açıqlaması səs-küy yaradıb.
Manevr.az bildirir ki, Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin komandanı İqor Kirillov koronovirusun insan tərəfindən törədildiyini və ABŞ-ın həyata keçirdiyi layihələr çərçivəsində yayıldığını iddia edib.
Koronavirus pandemiyasının ortaya çıxmasında ABŞ-ın əli ola biləcəyini deyən qurum rəsmisi fikirlərini bu cür ifadə edib: “ABŞ Beynəlxalq İnkişaf Agentliyinin yeni koronovirusun ortaya çıxmasında rol oynaya biləcəyi ehtimalını qiymətləndiririk. Agentlik 2009-cu ildən koronavirusun yeni ştamlarını öyrənən “Predict” proqramını maliyyələşdirir”.
O həmçinin, ABŞ-da yerləşən "Metabiota" şirkətinin Ukraynada da belə tədqiqatlarda iştirak etdiyini xatırladıb. ABŞ rəsmilərinin daha əvvəl də dəfələrlə bu cür araşdırmaları etiraf etdiklərini iddia edən Kirillov, "Ona görə də biz yeni koronavirus pandemiyasının səbəblərini və ABŞ hərbi bioloqlarının COVİD-19-un yaranması, o cümlədən yayılmasındakı rolunu yenidən nəzərdən keçirməliyik”.
Qeyd edək ki, son günlər koronavirusun BA.4 və BA. 5 variantlarının yeni təhlükə yaradacağı ilə bağlı məsələ müzakirə obyektinə çevrilib./sfera.az
Koronavirus pandemiyasının ortaya çıxmasında ABŞ-ın əli ola biləcəyini deyən qurum rəsmisi fikirlərini bu cür ifadə edib: “ABŞ Beynəlxalq İnkişaf Agentliyinin yeni koronovirusun ortaya çıxmasında rol oynaya biləcəyi ehtimalını qiymətləndiririk. Agentlik 2009-cu ildən koronavirusun yeni ştamlarını öyrənən “Predict” proqramını maliyyələşdirir”.
Qeyd edək ki, son günlər koronavirusun BA.4 və BA. 5 variantlarının yeni təhlükə yaradacağı ilə bağlı məsələ müzakirə obyektinə çevrilib./sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar