Polşada köhnə sarayın bağçasında Adolf Hitler və əsgərlərinin gizlətdiyi nasistlərə aid 10 ton qızıl, zəngin almanların nasist zabitlərinə təhvil verdiyi 18 ton zinət əşyası və qiymətli daş-qaş tapılıb.
Bununla bağlı lazımi proseslər tamamlandıqdan sonra qutu sentyabrın 1-də açılacaq.Qeyd olunur ki, Hitlerin SS batalyonlarının gizlətdiyi qızıllar Polşanın Minkovski şəhərindəki sarayın altındakı xüsusi polad sandıqlarda tapılıb. Tədqiqat aparan Alman-Polşa Fondunun Silezya Körpüsü əməkdaşları səthin 3 metr dərinliyində 232 milyon İsveçrə frankı dəyərində nasistlərə aid 10 ton qızılın olduğu polad qutu aşkar etdiklərini iddia ediblər. 18 ton zərgərlik və digər qiymətli daşların da eyni bölgədə olduğu və ümumi dəyərinin 500 milyon avronu keçdiyi bildirilir.
Qazıntı qrupunun rəhbəri qızıl və zinət əşyaları olan 1,5 metr uzunluğunda qutunu açmaq üçün lazımi icazəni alıb. 14 hektarlıq saray bağının bir hissəsində cəmləşən xəzinə axtaranlar georadar axtarışları ilə onun dəqiq yerini müəyyən edə biliblər. Bildirilir ki, o zamankı SS-in rəisi olan Haymler bu xəzinələrlə 4-cü Reyxi qurmaq istəyib.
Bu böyük kəşfin itirilmiş Breslau qızılları olduğu deyilir. Qutuda Hitlerin müsadirə etdiyi qızıllardan başqa zəngin alman ailələrinin rusların əlinə keçməməsi üçün nasistlərə təhvil verdikləri zinət əşyaları və müxtəlif qiymətli daş-qaşlar da var. Xəzinə müxtəlif gündəliklər, məxfi sənədlər və yüksək rütbəli SS zabitinin qeydləri sayəsində tapılıb. SS batalyonlarının zabitinin qeydlərində deyilirdi:
“Əvvəllər toran vaxtı gətirilən yeşiklər və konteynerlər üçün təhlükəsiz ev olan yerdə nov qazılıb”. 12 mart 1945-ci il tarixli sənədə əsasən, burada dövrün Reyxbankından 48 qutunun basdırıldığı bildirilir. Bütün nəhəng xəzinə 28 ton qiymətləndirilir. Daha öncə də eyni gündəlik sayəsində gizli bir qalanın yeri aşkarlanıb.publika.az