Rusiya Çinlə dəmir yolu tikintisini təcili olaraq həyata keçirməyə hazırlaşır.
Manevr.az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin təqdimatında bildirilib.
Qeyd olunub ki, Rusiya 2030-cu ilədək bu istiqamətdə görülən işlərə 30,8 milyard dollar ayıracaq.
Bildirilib ki, dəmir yolunun tikinti işlərinə 7 layihə daxildir. Həmin plana uyğun olaraq, Rusiyanın qonşu ölkələrlə sərhədindən 369 kilometr uzunluğunda üç yeni keçid məntəqəsi keçəcək.
Habelə Rusiya ərazisindən Qazaxıstan, Monqolustan və Çinə üç min kilometrlik dəmir yolunun çəkilməsi də nəzərdə tutulur.
Məlumata görə, bu layihələr Transsibir və Baykal-Amur magistralının yükünün azalmasına hesablanıb.
Rusiya Milli Reytinq Agentliyinin reytinq xidmətinin icraçı direktoru Sregey Qrişunin bildirib ki, bu layihəni tezliklə reallaşdırmaq mümkün olmayacaq: "Təkcə Monqolustana çəkiləcək dəmir yolu 31 milyard dollara başa gələcək. Ona görə də Çin və Asiyadakı başqa tərəfdarları olmadan Rusiya bu layihənin öhdəsində gələ bilməyəcək".
Xəbər lenti
Rusiya Çinə təcili dəmir yolu çəkməyə hazırlaşır

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar