Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Bayraqdar” Rusiyada istehsal oluna bilər... - yeni RAZILAŞMA

Tarix: 27-07-2022 16:28     Baxış: 5269 A- / A+


“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazırlaşır. Görüş ərəfəsində belə xəbərlər yayılır ki, Türkiyənin “Bayraqdar” pilotsuz uçuş aparatlarının Rusiyada birgə istehsalına dair razılaşma əldə oluna bilər”.
Manevr.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert deyir ki, Ərdoğan Putinin belə bir istəyi olduğunu son müsahibəsində də bildirib: “Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyilənləri təsdiq edib: “Rusiya-Türkiyə hərbi-texniki əməkdaşlığı hər zaman aktualdır”.
Ankara Rusiyada pilotsuz uçuş aparatlarının birgə istehsalına razılaşacaqmı? Rusiya Türkiyəyə S-400 raketləri satıb. Moskva ilə Ankara arasında bu raketlərin Türkiyə ərazisində birgə istehsalına dair razılaşma da var. Bu razılaşma varkən, Ankaranın Moskvanın pilotsuz uçuş aparatlarının birgə istehsalına “yox” deməsi çətindir. Ancaq mümkün razılaşma Türkiyə-Ukrayna münasibətlərində gərginlik yarada bilər. Digər tərəfdən Rusiyanın “Bayraqdarlar” əldə etməsi Azərbaycanın da maraqlarına cavab vermir. Kim zəmanət verə bilər ki, Rusiya "Bayraqdar"lar əldə etdikdən sonra bu dronları strateji müttəfiqi Ermənistana ötürməyəcək?”(teleqraf.com)

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar