Xəbər lenti
Avropadan Kremlin şantajına sürpriz cavab
Avropa İttifaqı (Aİ) ölkələri enerji təchizatı təhlükəsizliyini artırmaq üçün bu qış könüllü olaraq qaza olan tələbatı 15 faiz azaltmağa razılaşıblar. Ölkələr əvvəllər Aİ-nin “fövqəladə plan” təklifinə qarşı çıxırdılar, lakin Rusiyanın son hərəkətləri bütün balansları dəyişdi.
Manevr.az xəbər verir ki, Rusiyanın enerji nəhəngi “Qazprom” aylardır Avropanın ən böyük kabusuna çevrilən “qazın kəsilməsi” planını həyata keçirib. Rusiyadan verilən açıqlamada sabah Avropa Birliyinə qaz axınının "əhəmiyyətli dərəcədə" azalacağı açıqlanıb.Rusiyanın bu addımına Avropadan cavab gecikməyib. Avropa İttifaqı (Aİ) qaza tələbatı azaltmaq və enerji resurslarından silah kimi istifadə edən Rusiyadan qaz təchizatında mümkün fasilələrə hazır olmaq qərarına gəlib.
Üzv ölkələr öz qərarları ilə 1 avqust 2022-ci il və 31 mart 2023-cü il tarixləri arasında qaza olan tələbatlarını son 5 ildə orta istehlakla müqayisədə 15 faiz azaltmağa razılaşıblar.
Rusiya qaz axınında fasilələr yaratmaqla Avropanı “sındıracağı”nı düşünsə də, Aİ-nin bu qərarı Kremlin yanıldığını ortaya qoyub.
Çexiya Sənaye və Ticarət Naziri Yozef Sikela bildirib: "Aİ birlik və həmrəylik içərisindədir. Bu gün verdikləri qərarla Aİ-yə üzv dövlətlər AB-ni bölməyi hədəfləyən və enerji resurslarından bir silah kimi istifadə edən Rusiyaya cavab verdi. Bu, onların istənilən cəhdə qarşı duracaqlarını açıq şəkildə göstərdi. Qaza tələbatın azaldılması təklifinin rekord müddətdə qəbul edilməsi, şübhəsiz ki, bizim ortaq enerji təhlükəsizliyimizi gücləndirdi. Qaza qənaət etmək bu hazırlığı yaxşılaşdıracaq. Beləliklə, qış Aİ vətəndaşları və sənayesi üçün çox ucuz və asan olacaq”.
Həmçinin üzv dövlətlər tərəfindən görüləcək tədbirlərin ev təsərrüfatlarına, səhiyyə və müdafiə kimi kritik qurumlara və cəmiyyətin fəaliyyəti üçün əsas xidmətləri göstərən qurumlara təsir etməyəcək səviyyədə saxlanılması qərara alınıb . Mümkün tədbirlərə elektrik enerjisi sektorunda istehlak olunan qazın azaldılması və maarifləndirmə kampaniyaları kimi mühüm məsələlər daxildir. Saziş yazılı şəkildə qəbul ediləcək və yaxın günlərdə həyata keçiriləcək.
Aİ-nin qazdan istifadəyə qənaətlə bağlı planı ötən həftə açıqlansa da, Avropa ölkələri hər ölkənin enerji ehtiyaclarının fərqli olduğunu əsas gətirərək bu plana qarşı çıxmışdılar. Polşa kimi bəzi ölkələr bu qərara ciddi müqavimət göstərsə də, Rusiyadan gələn qəfil qərar hamını “təcili plana” tabe olmağa məcbur etdi./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar