Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiya ordusundan imtina edən hərbçilərə işgəncə verilir

Tarix: 26-07-2022 10:46     Baxış: 5271 A- / A+
Rusiya ordusundan imtina edən hərbçilərə işgəncə verilir

Rusiya ordusunun Ukrayna müharibəsində itirdiyi hərbçilərin sayı 40 min nəfərə çatıb. Kreml qoşunları canlı qüvvə baxımından sıxıntı çəkməyə başlayıb. Üstəlik, ordudan imtina edənlərin sayı artıb. Müstəqil qurumların hesablamalarına görə, müharibə başlayandan 1793 rusiyalı hərbi qulluqçu müqaviləsinə son verib.

Rusiya ordusundan imtina edən hərbçilər böyük işgəncə görür. Bu barədə hamıdan əvvəl valideynlər danışmağa başlamışdı. Onlardan biri alternativ mediaya danışmışdı ki, oğlunu Luqanskda zirzəmidə saxlayırlar. Onlara günlərlə yemək vermirlər.
“Deyiblər ki, daha iki gün saxlayacaqlar. Sonra nə olacağı bilinmir. Əşyalarını əllərindən alıblar. Kimdə telefon görsələr, alıb sındırırlar. Uşaqlar xərəkdə yatır. İşıq yoxdur, qaranlıqda yaşayırlar. Deyiblər ki, heç kimi evə yola salmayacaqlar. Hamını həbs gözlədiyini bildiriblər. Guya məhkəmə də Luqanskda keçiriləcək”.
Amerikalı jurnalistlər iyulun 24-də Luqansk vilayətinin Bryanka şəhərində saxlanılan rusiyalı hərbçilərdən biri ilə söhbətləşməyə imkan tapıb. Ordudan imtina edən hərbi qulluqçu mənəvi səbəblərdən bu addımı atdığını deyib. Onun sözlərinə görə, daha 200 cəbhə yoldaşı ukraynalılara atəş açmaq istəmədiyini bəyan edib.
“Mənə dedilər ki, iki yolun var – ya irəli gedirsən, ya da imtina edib həbsə yollanırsan. Mən istənilən halda imtina edəcəyəm. Burada çox pis şəraitdə saxlanılırıq. Telefonu gizlin istifadə edirik. Əllərinə keçsə, vurub sındırırlar”.
Oğlu Bryankada girov kimi saxlanılan hərbçilərdən birinin atası amerikalı jurnalistlərə deyib ki, müqviləsinə son verənlərin işgəncə gördüyünə əmindir. Çünki belə əsgərlərlə söhbət etmək imkanı olub. Oğlu ilə birlikdə xeyli hərbçini bir aya yaxındır pis şəraitdə saxlayırlar.
Təkcə Dağıstandan olan 300 hərbçinin Rusiya ordusundan imtina etdiyi bildirilir. Onlar vətənə qayıda biliblər, amma burada fərari kimi qarşılanıblar. Dağıstanlı hərbçilər jurnalistlərlə söhbət etməyə çəkinir. Onları haqqında cinayət işi açmaqla hədələyirlər. Hərbçilərdən bəzisi təzyiqlərə dözməyərək geri qayıtmağa razılıq verib.bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar