Rusiyanın yəhudi əsilli milyarderi Andrey Rappoport Portuqaliya vətəndaşlığı alıb.
Manevr.az xəbər verir ki, bu haqda məlumatı milyarderin nümayəndəsi “Forbes”ə açıqlamasında təsdiqləyib.
O qeyd edib ki, milyarder 2021-ci ildə Portuqaliya vətəndaşlığını əldə edib.
Məlum olub ki, Andrey Rappoport Portuqaliya vətəndaşlığını Sefarad yəhudilərinin nəsilləri üçün həyata keçirilən proqram vasitəsilə alıb. Bu nəsildən olanlara Portuqaliya vətəndaşlığı verilir. Nümayəndə vətəndaşlığın alınmasının qanun çərçivəsində və müvafiq proqrama tam uyğun olaraq alındığını deyib. Rappoport ABŞ tərəfindən Putinin “yaxın adamı” olmayan zənginlərdən hesab edilir.
Milyarder Portuqaliyadan başqa Rusiya, İsrail və Kipr pasportlarına da sahibdir. Hazırda iş adamı Luqanoda (İsveçrə) yaşayış icazəsi əsasında yaşayır. 2022-ci ildə Rappoport rus milyarderlərinin Forbes reytinqində 77-ci yerdə qərarlaşıb, onun sərvəti 1,2 milyard dollar qiymətləndirilir.
Sefarad yəhudilərinin nəsilləri üçün proqram 2015-ci ildə Portuqaliya hakimiyyəti tərəfindən təsdiqlənib. Milyarder Roman Abramoviç də 2021-ci ildə Portuqaliya vətəndaşı olub.
Xəbər lenti
Rusiyalı milyarder Portuqaliya vətəndaşlığı aldı

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar