Xəstəliyinin gündən-günə ağırlaşdığı iddia edilən Putinin varisinin cəmi 36 yaşı var.
Manevr.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Putinin xərçəng xəstəliyinə tutulması ilə bağlı yayılan iddialar dünya mətbuatında geniş yer alıb. Hətta Putinin tez-tez oxşarlarından istifadə etdiyi haqda iddialar da səsləndirilir.
İndi isə Putinlə bağlı daha çox səs-küyə səbəb olacaq bir iddia ortaya atılıb. Yayılan məlumata görə, Putinin xəstəliyi ağırlaşdıqdan sonra Kremldə yüksək vəzifə tutan 36 yaşlı Dmitri Kovalev Rusiya prezidentliyinə namizəd ola bilər.
İngilis mətbuatında yer alan xəbərə görə, Kremldə yüksək vəzifə tutan və uğurlu kadr hesab edilən 36 yaşlı Dmitri Kovalevin Putindən sonra vəzifəni ələ keçirməyə hazırlaşdığı və onun ən güclü namizədlərdən biri olduğu bildirilib.
Britaniya mətbuatı mayın 9-da keçirilən Qələbə Paradında Putinlə birlikdə gəzərkən və tez-tez Rusiya lideri ilə fikir mübadiləsi apararkən görüntülənən Kovalevin bu fotolarla populyarlığını artırdığını yazıb. Lakin Kovalevin Putindən daha amansız lider olacağı xüsusilə vurğulanıb./Konkret.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar