Xəbər lenti
"Uçan boşqab"ları izləmək üçün ofis yaradılıb
ABŞ Müdafiə Nazirliyi kosmosda, havada, su altında və bu mühitlər arasında hərəkət edən naməlum obyektləri izləmək üçün ofis yaradıb.UNO-lar və Naməlum Hava Hadisələri (UAPs) onilliklər ərzində ilk dəfə olaraq ABŞ hökumətindən yeni səviyyəli diqqət alır.
Xatırladaq ki, iyulun 20-də Pentaqon "All-domain Anomaly Resolution Office" (AARO) adlı yeni ofisin yaradıldığını elan edib. O, ABŞ Müdafiə Nazirliyinin Kosmik və Raket Kəşfiyyatı Mərkəzinin keçmiş baş alimi Şon Kirkpatrik tərəfindən idarə olunacaq.
Pentaqonun bəyanatına görə, AARO Müdafiə Nazirliyi və federal hökumətin "hərbi qurğular, əməliyyatlar, təlimlər, xüsusi təyinatlı hava məkanı və digər ərazilərdə və ya onların yaxınlığında maraq doğuran obyektləri aşkar etmək, müəyyən etmək və təsnif etmək" səylərini əlaqələndirəcək.
Bir neçə il əvvəl, 2020-ci ildə Pentaqon pilotların hərəkət edən obyekti lentə aldığını göstərən bir sıra UNO videoları yayımlamışdı. O zaman rəsmilər qeydlərin yadplanetlilərin görüntüləri olduğunu təsdiq edə bilməyəcəklərini bildirmişdilər. space.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























