Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ukraynada müharibə bu tarixdə bitəcək - Vladimir Oqrızko

Tarix: 24-07-2022 19:55     Baxış: 4246 A- / A+
Ukraynada müharibə bu tarixdə bitəcək - Ekspert
Rusiya Federasiyası ilə müharibədə Ukraynanın məğlubiyyətindən danışa bilmərik, çünki ukraynalılar kölə xalq deyillər, onlar heç vaxt bir daha Rusiyanın boyunduruğu altında olmağa razı olmayacaqlar. Ona görə də məğlubiyyət variantını müzakirə etməyə belə dəyməz.
 
Manevr.az xəbər verir ki, bu fikirləri diplomat, Rusiya Araşdırmaları Mərkəzinin rəhbəri, Ukraynanın keçmiş xarici işlər naziri Vladimir Oqrızko deyib.
 
“Söhbət yalnız Ukraynanın qələbəsinin vaxtından gedir və o, Ukrayna Silahlı Qüvvələrinin nə qədər tez silah almasından və Rusiya iqtisadiyyatının nə qədər tez Putin rejimini qidalandırmaq iqtidarında olmamasından asılıdır. NATO Baş katibi Stoltenberqin sözlərindən fərqli olaraq, Ukraynada müharibə illər boyu uzanmayacaq.
 
NATO-ya Boris Conson kimi bir adam rəhbərlik etməlidir – qətiyyətli, irəliyə baxan və dünənki səhvi təkrarlamayan. Ona görə də Stoltenberqi rahat buraxmaq daha yaxşıdır, qoy nə istəyir desin. Ukraynada müharibə illər boyu uzanmayacaq”, – Oqrızko bildirib.
 
Diplomat Rusiyanın müharibə üçün kifayət qədər resursunun olmamasının bir neçə səbəbini dilə gətirib:
 
“Əgər gələn ilin əvvəlində Qərb Rusiya neftindən tamamilə imtina etsə, sanksiyalar tətbiq olunmaqda davam etsə, o zaman Rusiyanın ordusunu qidalandıracaq heç bir şeyi olmayacaq. Rusiya iqtisadiyyatı artıq dayandırılır: hərbi sənaye kompleksinin bir çox müəssisəsi fəaliyyət göstərmir, tank istehsalı zavodu, avtomobil, təyyarə sənayesi dayanır.
 
Rusiya, fikrimcə, ən çoxu altı ay balansı saxlaya biləcək. Bundan təxmini nəticə çıxara bilərik ki, bu müharibə nə qədər davam edəcək”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar