Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Məşhur daşnak Paşinyanı Makronla HƏDƏLƏDİ: “Cavab verəcək”

Tarix: 24-07-2022 10:55     Baxış: 3296 A- / A+

Daşnaksütyun Partiyasının Fransadakı nümayəndəsi Murad Papazyan bəyan edib ki, Ermənistan rəhbərliyi onun respublikaya girişinə qoyulan qadağaya görə fransalı həmkarı qarşısında cavab verməli olacaq.
Manevr.az xəbər verir ki, o, bu barədə “Hraparak” qəzetinə müsahibəsində bildirib.
“Fransa prezidentinə Ermənistan hakimiyyətinin ölkəyə girişimə qadağa qoyulması qərarı barədə məlumat verilib. Ermənistan hakimiyyəti buna görə cavab verməli olacaq”, deyə daşnak qeyd edib.
Xatırladaq ki, Papazyanın Ermənistana girişi iyulun 13-də qadağan edilib. Həmin gün axşam İrəvana gəlib, lakin onu hava limanında saxlayıblar, pasportunu götürüblər, sonra isə Fransaya gedən təyyarəyə mindiriblər.
Cümə günü Ermənistan hökuməti izah edib ki, Papazyan ötən ilin iyununda Fransada rəsmi səfərdə olan Ermənistan baş nazirinin kortejinə hücumun təşkilatçılarından biri olub. Etirazçılar kortejə müxtəlif əşyalar atıblar və vəziyyət yalnız Fransa polisi və təhlükəsizlik qüvvələrinin səyi ilə aradan qaldırılıb. Məhz bu səbəbdən məşhur daşnakın ölkəyə girişi qadağan edilib./Bizim.media

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar