Taxil dəhlizinin yaradılması haqqında Saziş (sayəsində ötənilki taxıl məhsulunun təxminən 20 milyon tonu ixrac ediləcək.
Manevr.az-ın məlumatına görə, ölkə.az “zn.ua2"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ənənəvi axşam müraciəti zamanı deyib.
“Bu ilin məhsulu artıq yığılır və o da satıla bilər. Bunlar fermerlərin, bütün kənd təsərrüfatı sektorunun və dövlət büdcəsinin gəlirləridir. Bunlar işdir. Artıq 10 milyard dollar dəyərində taxılımız var”, - deyə Zelenski bildirib.
O əlavə edib ki, ərzaq böhranının şiddətini azaltmaq şansı var.
“Qlobal fəlakətin - dünyanın bir çox ölkələrində, xüsusən də bizə yardım edən ölkələrdə siyasi xaosa səbəb ola biləcək aclığın qarşısını almaq şansı var. Bu, Ukraynanın bu müharibədə sağ qala bildiyinin növbəti nümayişidir”, - deyə Zelenski əlavə edib.
Xatırladaq ki, iyulun 22-də Qara dəniz vasitəsilə Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı üçün taxıl dəhlizinin yaradılması haqqında saziş İstanbulda Türkiyə, Ukrayna, Rusiya Federasiyası və BMT nümayəndələri tərəfindən imzalanıb.
Xəbər lenti
Ukraynanın 10 milyard dollar dəyərində taxılı var- Zelenski

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar