Xəbər lenti
"Putinin müharibə üçün vaxtı tükənir"
Müharibənin uzanması Kremlə heç sərf etmir. Çünki ölkənini ayrı-ayrı yerlərindən narazılıq sədaları eşidilir. Moskva müharibəni mümkün qədər tez bitirməlidir.
Manevr.az xəbər verir ki, ABŞ-ın ardıcıl üç prezidentinin Rusiya məsələləri üzrə məsləhətçisi olmuş Fiona Hill Qərbin Ukraynadakı döyüşlərlə bağlı bir məsələdə yanıldığını düşünür. Onun fikrincə, Vaşinqton və Avropa yanlış olaraq müharibənin uzanmasının Kremlin işinə yaradığını düşünür. Hill bunun əksinə olduğuna əmindir.Fiona Hill
ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Rusiya üzrə keçmiş direkoru son müsahibəsində bədbinliyə əsas olmadığını bildirib. Vaşinqton qədər Moskva üçün də 2024-cü il prezident seçkiləri çox vacibdir. Putin qələbə haqqında çox düşünür.
“Putin əmin idi ki, müharibə bir neçə günə bitəcək. İndi isə Rusiya bataqlığa düşüb. Putinin “hələ başlamamışıq” açıqlaması geri çəkilmək üçündür. O, öz siyasi sisteminin sabitliyinin dərdini çəkir. Putinin müharibə üçün vaxtı tükənir”.
Hill deyir ki, Rusiya prezidenti məsələnin qışa qədər yubanmasından çox çəkinir. Putin 2011-2012-ci illər hadisələrini yaxşı xatırlayır. Onda Moskva və Sankt-Peterburqda böyük etiraz aksiyaları olmuşdu.
“Putin yaxşı bilir ki, yerin dərinliklərində böyük narazılıq gizlənir. Nə qədər ki, elitanın övladları yem kimi cəbhəyə göndərilməyib, insanların xüsusi əməliyyat deyilən hücumu dəstəklədiyi təəssüratı yaranır. Kişiləri zorla müharibəyə göndərirlər. Qadınlar ərlərinin və oğullarının geri qaytarılmasını tələb etməyə başlayıb. Digər yandan insanlar öz pul kisələrində qonşu ölkəyə hücumun təsirini hiss edir”.
Hill düşünür ki, Rusiya bundan sonra Ukraynada daha çox dinc sakin öldürməyə çalışacaq. Siyasətçinin fikrincə, Putin üçün qələbə qonşu ölkənin tamamilə məhv edilməsi deməkdir.
“Rusiya Donetsk və Luqanks vilayətlərini tam işğal etməyə çalışacaq. Bundan sonra Moskvanın əldə etdiyi nailiyyətləri möhkəmləndirmək üçün əməliyyat pauzası və ya barışıq elan etməsi mümkündür. Amma reallıqda bu, yalnız müharibənin davam etdirilməsi üçün zəruri olan müvəqqəti barışıq olacaq./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar