
Bu gün döyüş mövqelərindən birində erməni hərbi qulluqçunun meyiti tapılıb.
Manevr.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
“İyulun 14-də saat 10:25 radələrində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, sıravi əsgər Arsen Armenoviç Manukyanın (2003-cü il təvəllüdlü) başında güllə yarası olan meyiti şimal-şərq istiqamətində yerləşən N saylı hərbi hissənin döyüş postunda aşkar edilib. Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır”, - məlumatda deyilir./publika.az