Sizin Reklam Burada
Xəbər lenti
21-08-2025
BÜTÜN XƏBƏRLƏR

“Türkiyə Ermənistanı güzəştə məcbur edir” - Erməni siyasətçi

Tarix: 13-07-2022 08:00     Baxış: 4265 A- / A+
Türkiyə tərəfi Ermənistana təzyiq göstərmək üçün sülh danışıqlarını uzadır.

Bunu erməni türkoloq Ruben Safrastyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla - Paşinyan arasındakı telefon danışığına münasibət bildirərkən qeyd edib.

Onun sözlərinə görə, Türkiyənin məqsədi Ermənistan-Azərbaycan danışıqlarında İrəvana güzəştə getmək üçün təzyiq göstərməkdir.

“Təşəbbüskarı Türkiyə olan Ermənistan-Türkiyə danışıqlar prosesinin ikinci mərhələsi başlayıb. Mən bu mərhələni kiçik addımlar mərhələsi adlandırardım. Türkiyə danışıqlar prosesində dinamikanın olduğunu göstərməlidir. Ərdoğanla Paşinyan arasında telefon danışığı ikinci mərhələnin təzahürlərindən biridir. Bəs niyə Türkiyə tərəfi mühüm addımı, yəni diplomatik münasibətlərin və sərhəd rejiminin qurulması üçün real addımlar atmır? Hesab edirəm ki, bu, məqsədyönlü şəkildə edilir. Türkiyə vaxt udmağa çalışır. Türkiyə tərəfi Ermənistana təzyiq göstərmək üçün mümkün olan vaxtdan istifadə edəcək”.

Ekspertin fikrincə, indiki mərhələdə Paşinyan-Ərdoğan görüşü mümkün deyil. Baş verənlər Türkiyənin xeyrinədir.

“Rubinyan-Kilç görüşü zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsinin mümkünlüyünü istisna etmirəm, çünki onlar konkret heç nə demək deyil. Texniki cəhətdən bu, çox vaxt aparacaq. Burada Türkiyə tərəfinin istəyi də önəmlidir. Üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılmasına gəlincə, deyim ki, bu, əsasən Azərbaycan üçün edilir. Allah bilir, o vətəndaşlar arasında kimlər və hansı xidmət nümayəndələri olacaq”, - Safrastyan bildirib. teleqraf

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar