Xəbər lenti
“NEFT MÜHARİBƏSİ istəyirsən?!” – Tokayevə XƏBƏRDARLIQ

Manevr.az xəbər verir ki, Rusiyanın “Svobodnaya pressa” nəşrinin siyasi şərhçisi Aleksandr Sitnikov Qazaxıstan prezidenti Kasım-Comart Tokayevin neftin ixracı marşrutları ilə bağlı amerikalı şirkətlərə müraciətini kəskin tənqid edib.
Nəşrin şərhçisi rəsmi Nur-Sultanın öz neftini Rusiyadan yan keçməklə dünya bazarına daşıyacaq yeni marşrutlarla bağlı planlarını bu ölkənin rəhbərliyinin “yolundan sapması” kimi yozub:
“Tokayev eyni vaxtda iki stulda əyləşməyə cəhd etdi, amma sonda qərb tərəfə yıxıldı. O zaman bu ölkənin Maliyə Nazirliyinin sanksiyaya düşən məhsulları Rusiyaya daşımaq üçün tələb olunan faktura-hesabların əldə edilməsi ilə bağlı layihəsi dondurulacaq. Sadə dildə desək, Nur-Sultan qərbin Moskvaya qarşı tətbiq etdiyi məhdudiyyətlərə dəstək verməklə faktiki qonşu və dost dövləti blokadaya salmış olacaq. Tokayev Rusiya ilə açıq qarşıdurmaya getməkdə yanılır və yeni neft kəməri iddiaları bu ölkəyə baha başa gələ bilər...”.
Qeyd edək ki, Tokayev Avropa İttifaqının prezidenti Şarl Mişellə söhbətində Rusiyanın enerji resurslarına sanksiya tətbiq edildikdən sonra Avropa və dünya bazarında energetik vəziyyətin sabitləşməsinə yardım göstərəcəyinə söz verib./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar