Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Abeni güllələyən şəxs hücumun yeni detallarını açıqladı

Tarix: 09-07-2022 09:42     Baxış: 4196 A- / A+
Abeni güllələyən şəxs hücumun yeni detallarını açıqladı
Dünən Yaponiyanın sabiq Baş naziri Şinzo Abeni güllələyərək qətlə yetirən Teçuya Yamaqami dindirilmə zamanı hücumun təfərrüatını açıqlayıb.
Yaponiya mediası xəbər verir ki, o, bu hücumu əvvəlcədən planlaşdırdığını etiraf edib. 
Yamaqami Şinzo Abeyə son dərəcə qəzəbli olduğunu söyləyib. Onun sözlərinə görə, buna səbəb Abenin hansısa konkret bir təşkilatı təmsil etməsi olub. Belə ki, Yamaqaminin anası sözügedən bu təşkilata çox miqdarda maliyyə vəsaiti ianə edib, nəticədə isə ailə çətin vəziyyətə düşüb. Bu səbəbdən də, 41 yaşlı keçmiş dənizçi olan Teçuya Yamaqami Şinzo Abeni öldürmək qərarına gəlib. 
Burada söhbətin məhz hansı təşkilatdan getdiyi qeyd olunmayıb. Yerli media bunun hansısa dini yönümlü təşkilat ola biləcəyini güman edir. 
Yamaqaminin evində axtarış aparılarkən əldəqayırma silahlar, eləcə də partlayıcı qurğular aşkar olunub. 
Bildirilir ki, Yamaqami 3 il Yaponiyanın hərbi-dəniz qüvvələrində xidmət edib. 2005-ci ildə ordunu tərk etdikdən sonra isə 2020-ci ilə qədər zavodlardan birində çalışıb. Onun hazırda işsiz olduğu qeyd olunub. 
Xatırladaq ki, iyulun 8-i Yaponiyanın sabiq Baş naziri Şinzo Abe Nara şəhərində çıxışı zamanı güllələnib. Xəstəxanaya çatdırılan Abenin həyatını xilas etmək mümkün olmayıb. Teçuya Yamaqami isə hadisə yerində saxlanılıb. Yamaqaminin Abeyə əldəqayırma odlu silahdan atəş açdığı bəlli olub.“qafqazinfo”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar