Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən qəddar QATİL QADINLARI

Tarix: 08-07-2022 20:27     Baxış: 4342 A- / A+
Dünyanın  ən qəddar   QATİL QADINLARI
Tarixdə hər zaman serial qatilləri olub. Onu da qeyd edək ki, serial qatilləri tək kişi yox, qadınlar da olub. 
Manevr.az ən məşhur qadın serial qatillərini təqdim edir:
Villiamina Minnie Dean
O, tarixin ən qanlı serial qatillərindən biri kimi göstərilir. 650-yə yaxın insanı qətlə yetirib və onların qanı ilə duş alıb. O, sadomazoxist təbiətini qətllərlə təmin edib və öz ölümü də bir o qədər dəhşətli olub. 
Dayəlik edən Villiamina Minnie Deanın gizli tərəfi daha qorxunc idi. O, nikahdankənar doğulan körpələri övladlığa götürürdü. O vaxt övladlığa götürülən körpələrin qeydiyyata alınması qaydası yox idi. Villiamina Minnie Dean bunu "fürsət"ə çevirirdi. O, körpələri böyütmək əvəzinə onları öldürürdü. 

Dorothea Puente
Dorothea Puente yataqxanada işləyirdi. Onun işi tez-tez evsiz, xəstə və ya problemli insanları qəbul etmək idi. Təbii ki, o, bunu yaxşılıq kimi yox, onların pulunu almaq üçün edirdi. O, qonaqlarını öldürür, imzalarını kopyalayaraq pullarını mənimsəyirdi. Dorothea Puente 2011-ci il martın 27-də öz kamerasında ölü tapılıb.

Belle Guiness
Şöhrətpərəstliyinin qurbanı olan qadındır.  Belle Guinness qəzetlərində elan verib ər tapırdı. Sonra isə onları öldürüb, pullarını ələ keçirirdi. 

Delphine LaLaurie
Sosialist Delphine LaLaurie qullarına işgəncə verərək öldürüb. Onun qətilləri evinin mətbəxində baş verən yanğından sonra üzə çıxıb.

Enriqueta Marti
Sevgi iksirini əldə etmək üçün qətllər törədib. Öldürdüyü uşaqları qaynadıb, sümüklərindən, yağından, qanından müxtəlif sevgi iksirləri və dərmanlar hazırlayıb baha qiymətə satıb. Təkcə bu yox, həm də uşaqları oğurlayıb varlı pedofillərə satırdı. Zəngin bir adamın bildirdiyinə görə, o, həbsxanada başqa məhbuslar tərəfindən öldürülüb.

Beverley Allitt
Tibb bacısı işlədiyi uşaq yataqxanasında uşaqlara infarkt keçirtmək üçün insulin və ya kalium iynəsi vurub. Tapa bilmədikdə, uşaqları boğaraq öldürüb. Onun qətlləri niyə törətdiyi heç vaxt məlum olmayıb.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar