Sizin Reklam Burada
Xəbər lenti
30-04-2024
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ukraynadakı müharibə bu tarixə qədər dayanmalıdır - ABŞ və Çin buna çalışır

Tarix: 08-07-2022 12:22     Baxış: 4257 A- / A+
"Bu müharibə, Ukraynada Ukrayna xalqına qarşı törədilən soyqırımı aktıdır. Bu, Ukraynada Rusiya tərəfindən başladılan Üçüncü Dünya Müharibəsi adlandırılmalıdır".
Manevr.az bildirir ki, bunu milli.az-a açıqlamasında Ukrayna Siyasi Elmlər Akademiyasının aparıcı üzvü, professor Petro Mironenko deyib.
O bildirib ki, ən geci bu ilin sonuna kimi Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı intensiv danışıqlar gedir:
"Boris Consonun istefası Britaniya-Ukrayna münasibətlərinə təsir etməyəcək, çünki Böyük Britaniyanın baş nazirinin dəyişməsi Britaniyanı 180 dərəcə döndərə bilməz, diktator dövlətlərdə olduğu kimi, burada Konstitusiyanı bir gecədə dəyişdirə bilməzsiniz. 
Rusiyanın uzunmüddətli müharibə üçün resurslarının olub-olmadığına da çox keçmədən aydınlıq gələcək. Hər şey yaxın zamanlarda mövqeləri Rusiyaya yaxınlaşacaq ABŞ və Çinin qərarından asılıdır.
Əslində kənardan ABŞ və Çin bir-biri ilə ulduzları barışmayan və geosiyasi arenada əsas güc mərkəzləri kimi bir-biri ilə kəskin rəqabət içində olan iki dövlət təsiri bağışlasa da, bu, ABŞ və Çin hökümətinin göstərmək istədikləridir.
Xarici siyasət və kəşfiyyat rəhbərləri arasında artıq bu il Ukraynada müharibənin başa çatması ilə bağlı intensiv danışıqlar gedir, çünki əks halda sivil dünya iqtisadiyyatı sistemli böhrana girə bilər, bunun baş verməsinə yol vermək olmaz. İnanıram ki, ABŞ və Çin tezliklə, bir ay ərzində belə bir razılaşma əldə edəcəklər. Hər şey yaxşı olacaq!
ABŞ-ın eks-müdafiə nazirinin müşaviri olan polkovnik Duqlas Makqreqorun "Skay Nyus" telekanalına müsahibəsində dedikləri ("Tərəflər yaxın vaxtlarda razılığa gəlməsə, Ukrayna dünya xəritəsindən silinə bilər. Mən hesab edirəm ki, atəşkəs lazımdır". - red.) təbii ki, onun şəxsi fikridir. Konqres və ABŞ prezidenti Rusiya tamamilə devrilənə qədər qətiyyətli hərəkət edəcək. Ukraynanı sarsıltmaq mümkün olmayacaq".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar