Xəbər lenti
2000 illik sirr: İnsanlar niyə belə basdırılırdı? - Şəkillər

Skeletlər qurbanlıq heyvanlarla birlikdə əyilmiş halda basdırılmış vəziyyətdə tapılıb.
“O biri dünya”da rahat yaşamaq üçün qurbanları ilə dəfn edilən insanların məzarları arxeoloqları düşündürür.
Əslində, dairəvi formalı evlərin və anbar çuxurlarının olduğu ərazini keçən ilin sentyabrında Bornmut Universitetinin arxeoloq tələbələri aşkar ediblər.

Arxeoloji sahə “Duropolis” adlandırılıb. Çünki e.ə. təxminən 100-cü illərdə kənd təsərrüfatı və yaşayış məskəni olan bu ərazilərin Durotriges qəbiləsi tərəfindən işğal edildiyi düşünülür.


Arxeoloqlar bildirirlər ki, insanlar axirət həyatına hazırlaşmaq məqsədilə heyvanlarının yanlarında əyilmiş halda basdırılıb. Mütəxəssislərin bildirdiyinə görə, bu üsul o dövrdə standart təcrübə olub, Tunc dövründən Dəmir dövrünə qədər davam edib.

Arxeoloq Demiyen Evans deyib: “Yan üstə uzanmış, əzaları əyilmiş vəziyyətdə tapdığımız qalıqlar o dövrdə Durotrigelərin təcrübəsi olub. Ölənlər axirətləri üçün qurbanlarla dəfn edilib”. teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar