Sizin Reklam Burada
Xəbər lenti
01-02-2026
31-01-2026
BÜTÜN XƏBƏRLƏR

İsveçin baş naziri Zelenskiyə 1711-ci ilin tarixi sənədini təqdim etdi

Tarix: 05-07-2022 22:11     Baxış: 3316 A- / A+
İsveçin baş naziri Zelenskiyə 1711-ci ilin tarixi sənədini təqdim etdiİyulun 4-də Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə İsveç Krallığının Baş naziri Maqdalena Andersson ilə görüşüb, onlar Kiyev vilayətinə səfər ediblər və birgə bəyanat imzalayıblar.

Bu barədə Ukrayna Prezident Aparatının saytı məlumat yayıb.

"Bu gün biz baş nazirlə birgə bəyanatla bağlı razılığa gəldik. Bu, ikitərəfli münasibətlər tarixində ilk sənəddir.

Birgə bəyanatda hər iki dövlətimiz üçün əsas məsələlər öz əksini tapıb. Bu, xüsusilə müdafiə sahəsində əməkdaşlıq, sənaye sahəsi, nüvə enerjisi, enerji səmərəliliyi sahələrində əməkdaşlıq və Ukraynaya maliyyə dəstəyi kimi istiqamətləri əhatə edir.

Mən gələcəkdə Avropa İttifaqına tam üzv olmaq istiqamətində kursumuzu dəstəklədiyinə görə İsveçə çox minnətdaram", - deyə Zelenski qeyd edib.

Maqdalena Andersson Zelenskiyə İsveç Dövlət Arxivində saxlanılan 1711-ci ilin məktubunun surətinin verildiyini açıqlayıb. Bu məktubda kral XII Karl İsveçin Konstantinopoldakı səfirinə Zaporojye Seçini müstəqil dövlət kimi tanımaq barədə təlimatlar verir. sonxeber.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar