Xəbər lenti
Bir ayaq üzərində 10 saniyə dayanma testi nəyi göstərir
Yeni bir araşdırmaya görə, 10 saniyə bir ayağı üstə dura bilməyən insanların vaxtından əvvəl ölüm riski yüksək olur. Yaşa dolduqca bədənimizdə bəzi geriləmələr yaşaya bilərik. Bu geriləmələrin fiziki tərəfində güc və tarazlığın itirilməsi durur.
Manevr.az xəbər portalı “British Journal of Sports Medicine”-da dərc olunan yeni araşdırmaya istinadən xəbər verir ki, vaxtından əvvəl ölüm riski olan insanlar hər kəsin edə biləcəyi sadə bir testlə müəyyən oluna bilər. Bu test sadə tarazlıq testi idi. Testdən keçməyənlərin vaxtından əvvəl ölüm nisbəti daha yüksəkdir.
2008-2020-ci illər arasında 51-75 yaş arası 1702 iştirakçı ilə həyata keçirilən araşdırmada iştirakçılar 10 saniyə ərzində tək ayaq üstə dayanmalı olub. İştirakçıların 68 faizi kişi olmaqla 20,4 faizi bu imtahandan keçə bilməyib. Testdən sonra insanlar təqib olunub və maraqlı bir nəticə ortaya çıxıb. 10 saniyə tək ayaq üstə dayanma sınağından keçə bilməyən iştirakçıların 17,5 faizinin 10 il ərzində, 7,2 faizinin isə 7 il ərzində dünyasını dəyişdiyi müşahidə edilib. Testdən uğurla keçənlərdə bu göstərici 4,6 fazilə məhdudlaşıb. Müşahidələrə görə, testdən keçə bilməyənlərin sağlamlıq vəziyyəti testdən keçənlərdən daha pis olub.Əldə edilən nəticələrə görə, testdən keçməyənlərdə daha çox koronar arteriya xəstəliyi, hipertoniya və şəkərli diabet hallarına rast gəlinib. Bütün nəticələr, cins və yaş faktorları ilə birlikdə birləşdirildikdə, testdən keçə bilməyən insanların 84 faizinin yaxın 10 il ərzində ölmə ehtimalının daha yüksək olduğu açıqlanıb. Sözügedən araşdırmada bu sadə sınaq ilə ölüm arasındakı əlaqə tam olaraq açıqlanmayıb.
Bir ayaq üzərində 10 saniyə dayanma testini necə etmək olar?Tədqiqatda həyata keçirmək üçün bir ayağını qaldırıb, o biri ayağınıza söykəyin. Qeyd etmək lazımdır ki, hər bir iştirakçıya 10 saniyəni keçmək üçün üç dəfə etmək haqqı verilir. Beləliklə, bu testi həyata keçirmək üçün üç dəfə ardıcıl olaraq 10 saniyə bir ayaq üzərində dayana bilməlisiniz./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar