Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

İranın keçmiş Prezidentinin qızı qadınları itaətsizliyə çağırdı

Tarix: 04-07-2022 22:08     Baxış: 3276 A- / A+
İranın keçmiş Prezidentinin qızı qadınları itaətsizliyə çağırdıİranın keçmiş Prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi ölkəsində hicab geyinməyən qadınlara dəstək verib.

Manevr.az "report"a istinadən bildirir ki, o, qadınları çadradan imtinaya və itaətsizliyə çağırıb.

F.Haşimi insanları İran hökumətinə etirazlarını bildirməyə çağıraraq, hicab taxmayan qadınları "aslan qadınlar" adlandırıb.

Bildirilib ki, bir müddət əvvəl o, İslam peyğəmbərinin idarəetməni, iqtisadi işləri bilmədiyini iddia edib və bu səbəbdən həyat yoldaşı Xədicə xanımın sərvətinə qadağa qoyduğunu söyləyib.

Məhəmməd Peyğəmbərə həqarətə görə F.Haşimiyə cinayət işi açılıb.

O, əvvəllər də İrandakı məsələlərlə bağlı tənqidi mövqedən çıxış edib.
"Fars" agentliyi qeyd edib ki, sabiq Prezidentin qızı İran İslam İnqilabı Keşikçiləri qvardiyasının ABŞ-ın "terrorçular siyahısında" qalmasını müdafiə edib: "Qvardiyanın fəaliyyəti ölkəyə ziyan vurur".

Faizə Haşimi İranda hakimiyyət tərəfindən qadağan edilmiş bəhailərin mühakimə edilmiş lideri Zalehi həbsxanadan çıxandan sonra ziyarət edib. O, bu addımı atası Əli Əkbər Haşimi Rəfsəncani sağ olanda atıb. Onda ziyarəti etiraza səbəb olmuşdu: "Faizə çox ciddi səhv edib və bunu kompensasiya etməlidir".

Ancaq o, "Euro News"a müsahibəsində bildirmişdi ki, onun addımı qanunsuz deyil: "Əksinə indiki sistemin bəhailərə zülm etməsinə təəssüflənir".

Qeyd edək ki, Faizə Haşimi - Bəhramani 1963-cü il yanvarın 7-də anadan olub. 1996-2000-ci illərdə parlamentin deputatı, "Zən" jurnalının təsisçisi və baş redaktoru olub. Bu dərginin üz qabığında İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin həyat yoldaşı Fərəh Dibanın fotosu dərc edildiyi üçün jurnal bağlanıb. O, bir neçə dəfə qısamüddətə həbs olunub. Mühafizəkar və ya radikal xətt tərəfdarları onu sosial şəbəkələrdə daim təhqir edirlər. Faizə qadınlara qarşı hicab qaydalarının mülayimləşdirilməsinin tələb edir.

Sonuncu dəfə 2017-ci il martın 17-də hakimiyyət qarşı təbliğata görə 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Əli Əkbər Haşimi Rəfsəncani 1934-cü ildə İranın Kerman əyalətində anadan olub, 2017-ci ilin yanvarında ölüb. O, 1980-1989-cu illərdə İran Məsləhət Şurasının sədri, 1989- 1997-ci illərdə prezident olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar