Xəbər lenti
“Türk və azərbaycanlı ilə bigə yaşamaq olmaz stereotipini qırmalıyıq...” - Torosyan
Bu barədə Ermənistanın keçmiş səhiyyə naziri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Arsen Torosyan öz Facebook səhifəsində yazıb.
“Fransa və amerikalı həmsədrlər Rusiya Federasiyasının və ya qarşı tərəfin istəməməsi səbəbindən rusiyalı həmsədrlə sadəcə danışa bilmirlər.
Və mənim üçün bu formata daimi keçid bir az qəribədir. Beləliklə, biz faktiki dialoqu maraqlarımızdan irəli gəlməyən dalana sürükləyirik. İndi biz belə dəbdəbəni ödəyə bilmərik. Biz təhdidedici çağırışlarla üzləşmək üçün həll yolları tapmağı bacarmalıyıq, bu qərarları təxirə salmalı deyilik”, - Torosyan yazıb.
O, sülh məsələsinə də toxunub. “Bizə bir millət, xalq və dövlət olaraq sonsuz şəkildə deyilib ki, qonşularımızla sülh şəraitində yaşaya bilmərik və haqqımız da yoxdur. İstər müxtəlif gündəliyi olan daxili qüvvələr, istərsə də müxtəlif dövlətlər durmadan bizə deyirdilər: “Siz öz qonşularınızla problemlərinizi təkbaşına həll edə bilməzsiniz, biz orada olmalıyıq”.
Düşünürəm ki, biz bu stereotipi qırıb qonşularımızla dinc həyata doğru addım ata biləcəyimizi başa düşməliyik. Biz indi tamamilə əks stereotiplə yaşayırıq ki, türklə, azərbaycanlı ilə birgə yaşamaq sadəcə olaraq mümkün deyil.
Bu stereotipi kollektiv şəkildə qıra bilsək, danışıqlar masasına oturub kompromis həll yolları tapa bilərik. Əgər bacarmasaq və onlar bizi əbədi olaraq ruhlandırmağa davam etsələr ki, iki qonşumuzla, xüsusən də Azərbaycanla hər hansı birgəyaşayış normaları üzərində razılaşmaq mümkün deyil, o zaman biz həmişə yeni fəlakətlər gətirəcək bu çıxılmaz vəziyyətdə qalacağıq", – deyə deputat yekunlaşdırıb. moderator.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar