"Ermənistan artıq uçurumun kənarında deyil, uçuruma yuvarlanıb. Nikol Paşinyan hökuməti demokratiya pərdəsi altında repressiya ilə məşğuldur. 2018-ci ildən belədir. Həqiqəti yazan və danışan jurnalistlər təhdid edilir. Doğrunu deyənlər təqib olunurlar".
Manevr.az xəbər verir ki, bunu erməni jurnalist, "Hayeli.am" saytının rəhbəri Anjela Tovmasyan deyib.
"Media kapitanı" Anjela Tovmasyan bildirib ki, hazırkı hökumət ölkəni düşürdükləri çətin durumdan çıxarmaq əvəzinə repressiya ilə məşğuldur:
"2018-ci ildən bəri onlarla jurnalist həbs olunub, döyülüb. Məni də təqib edirlər. Bir neçə gün əvvəl gecə qapımı döydülər. Dedilər ki, milli təhlükəsizlik komitəsindəndirlər. Məlum oldu ki, evimə girmək istəyirlər. O saat anladım ki, bu barədə göstərişi elə Paşinyanın özündən alıblar. Hətta həbs oluna bilərəm. Mənim və jurnalist dostlarım üçün belə bir təhlükə var. Çünki o, doğru danışanları bu ölkədə görmək istəmir. Ölkəni yumruqla və zor gücünə idarə etməyə çalışır. Bunu vaxtilə jurnalist kimi fəaliyyət göstərən birisi edir. Ölkənin problemi başdan aşır, onlar isə öz kresloları üçün döyüşürlər. Ölkənin müstəqilliyi təhdid altındadır, onlar başqa işlərlə məşğul olurlar. İndidən deyirəm, artıq uçurumdan üzü aşağı gedirik"/modern.az
Xəbər lenti
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar