Xəbər lenti
Qəbrini qazanda öyrəndilər ki, ölməyib
Keniyanın itkin düşmüş sakininin yas mərasimi təxirə düşüb. Buna səbəb onun sərxoş durumda qonşu şəhərdə tapılması olub.
Bu barədə Lenta.ru saytı “Daily Mirror”a istinadən xəbər verib.Keniyalı mototaksiçi Uilson Оluok üç həftə boyunca evinə gəlməyib. Onun evinə yaxın ərazidəki plantasiyalardan birində naməlum kişi meyidi tapılanda isə qohumları bu meyidin ona məxsus olduğunu düşünərək yas qyryblar. Qəbiri qazan vaxt isə onlara məlumat verilib ki, öldüyü zənn edilən taksi sürücüsü sağdır.
Qohumları göstərilən şəhərə gedərək yayılan şayiələri yoxlamağa çalışıblar və orada həqiqətən də Uilsona rast gəliblər. O, barda sərxoş vəziyyətdə oturmuşdu. İtmiş kişi izah etdi ki, bir neçə həftə əvvəl evə sərxoş vəziyyətdə gəlib. Bu hadisədən sonra o qədər utanıb ki, evdən qaçmaq və yeni həyata başlamağa qərar verib. Sevinmiş qohumlar yas mərasimini ləğv ediblər, onun əvəzində isə Uilsonun qayıtması münasibətilə bayram təşkil ediblər. Onu bəzi paklanma və təmizlənmə əməluiyyatlarından keçəndən sonra kəndə buraxacaqlar.
Qonşu plantasiyada tapılan naməlum kişi meyidini isə morqa geri qaytarıblar. Meyidin kimliyi hələ də aşkarlanmayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar