Xəbər lenti
Stalin onun verdiyi qılıncı öpərək başının üzərinə qaldırıb - TARİXİ FAKTLAR
II Dünya müharibəsi illərində SSRİ və müttəfiq ölkələrin liderləri arasındakı münasibətlər maraqlı hadisələrlə zəngin olub. Siyasi baxışlarına görə sovet lideri İosif Stalinlə ABŞ prezidenti Franklin Ruzvelt və Böyük Britaniyanın baş naziri Uinston Çörçill əks qütblərdə dayansalar da, müharibə onları eyni cəbhədə birləşdirib, böyük üçlük nasist Almaniyasına qarşı mübarizədə eyni məqsədə xidmət ediblər – faşizmə qalib gəlmək.
Müttəfiqlərin arasında maraqlı hadisələrdən biri də Tehran konfransı zamanı baş verib. Həmin gün, 29 noyabr 1943-cü ildə SSRİ-nin Tehrandakı nümayəndəliyinin inzibati binasında 22 sovet, 16 Britaniya zabitlərindən ibarət fəxri qarovul düzülüb. SSRİ-nin və Britaniyanın dövlət himnləri səsləndirildikdən sonra Çörçill Böyük Britaniya kralı VI Ceorqun adından Stalinə qılınc hədiyyə edib.
Adətən Stalin hədiyyə qəbul etməyi çox da xoşlamayıb və ona verilən hədiyyələrin demək olar ki, hamısını dövlət fonduna təhvil verib. Amma Çörçillin təqdim etdiyi Britaniya kralının hədiyyəsi sovet liderinin o qədər xoşuna gəlib ki, o, qılıncı öpərək başının üstünə qaldırıb.
Çörçill hədiyyəni təqdim etdikdən sonra qısa nitq söyləyib, britaniyalı baş nazir çıxışını aşağıdakı sözlərlə bitirib:
“Britaniya xalqı Stalinqrad döyüşlərində qalib gələn sovet adamlarının qəhrəmanlıqlarına və şücaətinə heyrandır...”
Qılıncın üzərində isə VI Georqun imzası ilə bu sözlər yazılıb:
“Polad kimi möhkəm Stalinqrad vətəndaşlarına ingilis xalqı adından dərin ehtiramla VI kraldan”.
Stalin Çörçilə minnətdarlığını bildirdikdən sonra qılıncı mərasimdə iştirak edən Ruzveltə ötürüb. ABŞ prezidenti qılınca, üstündəki yazıya baxaraq öz fikrini bildirib:
“Həqiqətən də stalinqradlıların ürəyi əsl poladdandır, bu qılınc kimi. Stalinqrad döyüşləri, bu döyüşlərdəki parlaq qələbə bunu bir daha sübut edir...”
Mərasimdə kiçik bir kuryez hadisə də baş verib. Stalin hədiyyəni Kliment Voroşilova verəndə, qılınc marşalın əlindən sürüşüb. Voroşilov olduqca çevik bir hərəkətlə onu havada tutaraq yerə düşməyə qoymayıb. Bu vəziyyət siyasi liderlərin gözündən yayınmayıb, hətta onların üzündə istehzalı bir təbəssüm də hiss olunub. Amma hazırcavab Voroşilov vəziyyətdən ustalıqla çıxıb:
“Bu qılıncda stalinqradlıların gücü var. Təbii ki, bir marşal bütün bu gücü əvəz edə bilməz. Yalnız İosif Stalin elə bir gücə qadirdir ki, bu qılıncı başının üstünə qaldıra bilsin...”
Bununla da söhbət qapanıb. Görüşdən sonra Stalin Voroşilova hadisəni bir daha xatırladıb:
-Kliment Yefremoviç, mən belə düşünürəm ki, siz qılıncı əlinizdən qəsdən sürüşürdürdünüz. Bilirsiniz niyə? Mənim gücümü kapitalist liderlərə anlatmaq üçün. Əhsən sizə, siz belə işlərdə çox mahir və peşəkarsınız...
Qeyd edək ki, kralın hədiyyəsi İngiltərənin ən məşhur şirkətlərindən biri sayılan “Wilkinson Sword”un zavodunda hazırlanıb. Onun hazırlanmasına üç ay vaxt sərf edilib. Bu ərəfədə VI Ceorq demək olar ki, hər gün işin gedişi ilə maraqlanıb.
Stalinin mühafizə rəisi general Nikolay Vlasik öz xatirələrində bu qılınc haqqında təəssüratlarını belə bölüşüb:
“Çörçillin hədiyyəsi Stalinin olduqca xoşuna gəlmişdi. Əslində, bu qılıncda qeyri-adi bir şey də yox idi. Onun dəyəri tamam başqa məsələdə idi. İngilislərdən SSRİ-yə belə bir hədiyyə sovet ordusunun gücünü etiraf etmək demək idi. Bu hədiyyənin Ruzvelt tərəfindən də yüksək qiymətləndirilməsi ABŞ-ın Stalinqrad döyüşlərində SSRİ-nin qələbəsinə nə qədər önəm verməsini bildirirdi. Bəli, bütün bunlarla yanaşı “Stalinqrad qılıncı” ikinci cəbhənin açılmasının vacibliyinin, zəruriliyinin simvolu idi... (Musavat.com)
Qılıncın eskizi Oksford Universitetinin professoru Qlidou tərəfindən işlənilib və VI Ceorq tərəfindən təsdiqlənib. Hədiyyənin hazırlanması isə İngiltərənin tanınmış silah mütəxəssisləri Tom Bizli və Sid Rouuza həvalə edilib. Qılınc xüsusi poladdan hazırlanıb, tutacağı qızıl və büllurla işlənilib.
Bu cür qılınc “Wilkinson Sword” zavodunda cəmi üç ədəd hazırlanıb. Hazırda onlardan biri Vaşinqtondakı Uilkinson muzeyində, digəri Londonda hərbi tarix müzeyində saxlanılır. Üçüncüsü, Stalinə hədiyyə edilən qılınc isə Volqoqrad şəhərindəki Stalinqrad döyüşləri muzeyindədir.
“Stalinqrad qılıncı” adlandırılan bu qılınc dəfələrlə SSRİ-nin xarici ölkələrdə keçirdiyi sərgilərdə nümayiş etdirilib və böyük maraqla qarşılanıb.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar